Rəsmi: FIA 2027-ci ildən daimi stüard sisteminə keçəcək

Rauf Hacıyev 8 saat əvvəl
Rəsmi: FIA 2027-ci ildən daimi stüard sisteminə keçəcək
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Formula 1-də qərarların ardıcıllığını artırmağı hədəfləyən FIA 2027-ci il mövsümündən etibarən mərhələli şəkildə tam ştatlı stüard sisteminə keçəcəyini açıqlayıb.

Uzun müddətdir Formula 1 paddokunda müzakirə olunan stüard qərarlarındakı qeyri-sabitliyi aradan qaldırmaq üçün FIA mühüm addım atır. Cümə axşamı yayılan rəsmi açıqlamaya əsasən, federasiya 2027-ci ildə işə başlayacaq ilk mərhələ ilə daimi stüardlar təyin etməyə başlayacaq.

2027-ci ildə start götürəcək işə qəbul prosesi çərçivəsində zamanla 12-15 nəfərdən ibarət daimi stüard heyətinin yaradılması nəzərdə tutulur. Hazırkı yarımştat stüardlar və keçmiş yarış pilotlarından ibarət pilot-stüardlar hər yarış həftəsonunda fəaliyyətlərini davam etdirəcəklər. Tam ştatlı heyət isə onlara qoşulacaq.

Daimi stüardlar yalnız yarış həftəsonlarında deyil, yarışlar arasındakı dövrdə də aktiv fəaliyyət göstərəcəklər. Onlar qaydalarda dəqiqləşdirilməli məqamları müəyyənləşdirəcək, idman reqlamentindəki boşluqların aradan qaldırılmasına kömək edəcək və yeni FIA rəsmilərinin hazırlanmasında iştirak edəcəklər.

Mövcud könüllü və növbəli sistemdən fərqlənən bu yeniliyi şərh edən FIA prezidenti Mohammed Ben Sulayem bildirib: “FIA-nın stüard sistemində həyata keçirilən bu son böyük dəyişiklik avtoidmanda qərarvermə, ədalət və dürüstlük baxımından ən yüksək standartları təmin etmək əzmimizi əks etdirir.

Tam ştatlı stüardların işə götürülməsi FIA Formula 1 Dünya Çempionatında xüsusi stüard heyəti yaratmaq məqsədimizə doğru mühüm addımdır. Bu, eyni zamanda idmanımızın gələcəyinə yatırılan sərmayədir.

Bu yenilik stüard heyətimizdə daha yüksək ixtisaslaşma və davamlılıq yaratmağa kömək edəcək. Reqlamentləri nəzərdən keçirmək və təkmilləşdirmək imkanlarımızı gücləndirəcək, gələcək rəsmilərin inkişafına dəstək olacaq və bütün çempionatlarımızda qərarların ardıcıllığını ən yüksək səviyyəyə çatdıracaq”.

Bunları da oxuyun

Şərh əlavə et