Las-Veqas Qran Prisinə gətirilən yeniliklər

Rauf Hacıyev 6 saat əvvəl
Las-Veqas Qran Prisinə gətirilən yeniliklər
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Las-Veqas şəhər trasının spesifik xüsusiyyətləri çempionatın əksər iştirakçılarını bu mərhələyə xüsusi hazırlıq görməyə məcbur edib. Halbuki mövsümün sonu yaxınlaşır və komandaların bazalarında artıq gələn ilin şassisi üzərində intensiv iş gedir.

 

Bu gün 11 komandadan yeddisi avtomobillərində tətbiq etdikləri texniki yeniliklər barədə məlumat verib. Dəyişikliklərin əksəriyyəti Las-Veqas trasının xüsusiyyətləri ilə bağlıdır.

McLaren

McLaren avtomobillərinin altlığı yenilənib. Britaniya komandası bildirib ki, yeni konstruksiya təkmilləşdirilmiş altlıq kənarları və diffuzorla birlikdə işləyir. Məqsəd hava axınının xüsusiyyətlərini yaxşılaşdırmaq və aerodinamik səmərəliliyi artırmaqdır.

Altlığın arxa hissəsində yerləşən əlavə elementlər də yenilənib. Bu dəyişikliklər avtomobilin arxa hissəsini əhatə edən və diffuzora yönələn hava axınının keyfiyyətini yaxşılaşdırmağa xidmət edir.

Mercedes

Mercedes-in yeniliklər siyahısı ən genişidir. Dəyişikliklərə ilk növbədə Las-Veqasın yüksək sürətli trasının xüsusiyyətləri nəzərə alınaraq yenilənmiş arxa qanad daxildir.

Hər iki çempionatda vaxtından əvvəl titul qazanan komanda arxa qanaddakı bir sıra əlavə aerodinamik elementlərin çıxarıldığını bildirib. Bununla həmin hissədə yerəbasma qüvvəsini və hava müqavimətini azaltmaq hədəflənir. Eyni səbəbdən arxa görüntü güzgülərinin dayaqlarının həndəsəsi də dəyişdirilib.

Avtomobilin arxa hissəsində əlavə aerodinamik elementlərin yerləşməsi optimallaşdırılıb. Bu dəyişiklik də Las-Veqas üçün uyğun nisbətdə  asfaltayatma qüvvəsini və hava müqavimətini azaltmaq məqsədi daşıyır.

Noyabrın ikinci yarısında Nevada ştatı üçün səciyyəvi olan soyuq hava şəraiti nəzərə alınaraq W17-nin mühərrik örtüyü də dəyişdirilib. Soyutma sistemlərindən isti havanın xaric edildiyi arxa hissə daha dar formada hazırlanıb.

Red Bull Racing

RB22-nin ön qanadında son lövhələrin konfiqurasiyası dəyişdirilib. Məqsəd həmin lövhələrin aşağı hissəsindən və üzərindəki əlavə elementlərdən avtomobilin alt hissəsinə yönələn hava axınının sabitliyini artırmaqdır.

Son lövhənin üzərində yerləşən əlavə üfüqi element aşağıya çəkilib və eni azaldılıb.

Ferrari

İtaliya komandası Las-Veqas trasının xüsusiyyətləri nəzərə alınaraq altlığın bəzi elementlərinin optimallaşdırıldığını açıqlayıb.

Söhbət yan pontonun qarşısında, altlığın ön hissəsində yerləşən deflektorun konfiqurasiyasının dəyişdirilməsindən gedir. Məqsəd yüksək sürətli tras üçün əlverişli nisbətdə hava müqavimətini və yerəbasma qüvvəsini azaltmaqdır.

Racing Bulls

VCARB 03-də Ferrari-nin də qeyd etdiyi kimi, altlığın ön hissəsində yerləşən deflektorların konfiqurasiyası dəyişdirilib.

Ön qanad da yenilənib. Onun ən yuxarıdakı tənzimlənən elementi daraldılıb ki, bu da aerodinamik yükün azalmasına səbəb olur.

Bundan əlavə, arxa əyləc barabanlarındakı əlavə qanadcıqların yerləşməsi dəyişdirilib. Bu yeniliklər də eyni məqsədə xidmət edir. Komandanın bildirdiyinə görə, bütün bu tədbirlər avtomobilin Las-Veqas trasında daha effektiv işləməsinə kömək etməlidir.

Haas F1

Amerika komandası arxa qanadın konstruksiyasını və Straight Mode rejimini aktivləşdirən mexanizmi birlikdə yenidən nəzərdən keçirib. Bu rejim avtomobilin düzlüklərdə hərəkəti zamanı istifadə olunur.

Haas F1 dəyişikliklərin məqsədini belə izah edib: “Düzlükdə hərəkət rejiminin aktivləşdirilməsi üçün alternativ yanaşmanın qiymətləndirilməsi”. Bu düzəlişlə əlaqədar bir neçə kiçik əlavə dəyişiklik də edilib.

Audi F1

R26-nın arxa əyləc hava kanalları yenilənib. Onlarda yerləşən deflektorun həndəsəsi Las-Veqas trasının aerodinamik səmərəlilik baxımından spesifik tələblərinə uyğunlaşdırılıb.

Bunları da oxuyun

Şərh əlavə et