Xəbəri Kokpitdə Oxuyun!

Qətər hazırlığın son mərhələsindədir

Qətər rəsmiləri Formula 1 və MotoGP yarışları üçün hazırlıqların davam etdiyini və artıq son mərhələyə çatdığını açıqlayıblar.

 

Bölgədəki gərginliyə baxmayaraq, Qətərdə yerləşən Luseyl Beynəlxalq Avtodromunun direktoru Abdulaziz Ali Al-Muhannadi MotoGP və Formula 1 yarışları üçün hazırlıqların planlaşdırıldığı kimi davam etdiyini bildirib.

Al-Muhannadi beynəlxalq avtoidman yarışlarının yenidən Luseylə qayıtmasını səbirsizliklə gözlədiklərini vurğulayaraq deyib: “Noyabr ayında beynəlxalq yarışların Luseyl Beynəlxalq Avtodromuna qayıtmasını böyük həyəcanla gözləyirik.

İdman təqviminin ən çox maraqla gözlənilən iki böyük yarışı cəmi üç həftə fərqlə avtodromumuzda keçiriləcək.

Hazırlıqlarımızın son mərhələsinə çatmışıq. Komandamız trasdakı bütün əməliyyatların hər il olduğu kimi, bu il də azarkeşlərə unudulmaz təcrübə yaşatması üçün çalışmağa davam edir”.

Rauf Hacıyev

Şərh əlavə et