Yeni texniki qaydalar komandaların qarşısında duran problemləri daha aydın üzə çıxarıb və yarış qazanmaq üçün təkcə sürətli olmağın kifayət etmədiyini göstərib.
Ferrari gələn mövsümə hazırlıq çərçivəsində yeni güc qurğusu hazırlayır və mühərrik departamentində genişmiqyaslı yenidənqurma işləri aparır.
İtaliya komandası bununla kifayətlənməyərək digər vacib bölmələrini də gücləndirmək qərarına gəlib. Bu çərçivədə Maranelloda simulyator sınaqları aparan mütəxəssislər qrupuna yeni əməkdaş cəlb olunur. Mercedes-dən transfer edilən argentinalı pilot Saşa Fenestrazın Ferrari-nin simulyator sınaq proqramında mühüm rol oynayacağı gözlənilir.
Müasir Formula 1-də sürət təkcə trasda qazanılmır. Riyazi modellər, simulyasiya proqramları və kompüter dəstəkli təhlillər üzərində aparılan intensiv işlər bolidlərin rəqabət qabiliyyətini müəyyən edən əsas amillər sırasındadır.
Ferrari-nin məqsədi əsas pilotlarına müxtəlif traslarda və dəyişən şəraitdə sabit performans göstərə bilən, davranışı əvvəlcədən proqnozlaşdırılan və istənilən vəziyyətdə rəqabətədavamlı qalan bolid təqdim etməkdir. Maranellodakı simulyator komandasının gücləndirilməsi də bu məqsədə çatmaq üçün atılan addımlardan biridir.




Şərh əlavə et