İsveçli gənc istedad gələn mövsüm Ferrari-də test və inkişaf pilotu kimi fəaliyyətini davam etdirməklə yanaşı, komandanın ehtiyat pilotu rolunu da üzərinə götürəcək.
Beqanoviç daha əvvəl Ferrari ilə Formula 1-in sərbəst yürüş sessiyalarında iştirak edib. O, 2025-ci ildə Bəhreyn və Avstriyada SF-25 bolidini, 2026-cı ildə isə Barselona və Avstriyada komandanın cari bolidi idarə edib.
Sosial şəbəkə hesabında açıqlama verən Beqanoviç sevincini bu sözlərlə ifadə edib: “Xəbər artıq rəsmiləşdi. Rəsmi olaraq Ferrari Formula 1 komandasının ehtiyat və test pilotuyam.
Bu yolda mənə dəstək olan və mənə inanan hər kəsə çox təşəkkür edirəm. Bu, yeni başlanğıc olacaq”.
Formula 2-də ikinci mövsümünü keçirən və son iki ildə üç qələbə qazanan isveçli pilot hazırda çempionatda beşinci pillədə qərarlaşıb.
Ferrari Sürücü Akademiyasının digər üzvü Rafael Kamarının gələcəyi də bəlli olub. Braziliyalı pilot gələn mövsüm Esteban Okonu əvəz edərək Haas komandası ilə Formula 1-də debüt edəcək.




Şərh əlavə et