Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Sonda yaxşı dövrə vurdum

Şarl Lekler sıralama turlarının ilk iki bölümündə əyləclərlə bağlı problemlər yaşasa da, poul qazanmaq üçün kifayət qədər sürətli olduqlarını bildirib.

Monakolu sürücü Marina Bay trasında keçirilən sıralama turlarını Maks Ferstappendən sonra ikinci pillədə başa vuraraq bazar günü keçiriləcək yarışa ilk cərgədən başlamaq hüququ qazanıb. Komanda yoldaşı Lyuis Həmilton isə üçüncü olub.

Ferrari komandasının pilotu sessiya ərzində çətinliklərlə üzləşməsinə baxmayaraq, son bölümdə yaxşı dövrə vurmağı bacardığını deyib. O, xüsusilə Q1 və Q2 mərhələlərində əyləclərlə bağlı problemlər yaşadığını vurğulayıb.

Şarl Lekler açıqlamasında bunları deyib: “Yaxşı dövrəmi məhz lazım olan anda vurdum, amma sıralama turları boyunca çox çətinlik çəkdim.

Q1 və Q2 mənim üçün çox çətin keçdi. Əyləclərlə bağlı bəzi qəribə problemlər yaşadım. Əyləcləyərkən avtomobil bir qədər yana çəkirdi. Belə bir trasda bu problemlə üzləşmək çox çətin idi.

Amma Q3-də dövrəm pis alınmadı. Bəzi səhvlərə yol verdim. Düşünürəm ki, bu gün poulu qazanmaq potensialımız var idi, lakin Maks daha yaxşı çıxış etdi”.

Rauf Hacıyev

Şərh əlavə et