Piastri: İnanılmaz və proqnozlaşdırılması çətin yarış idi

Rauf Hacıyev 10 saat əvvəl
Piastri: İnanılmaz və proqnozlaşdırılması çətin yarış idi
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Las Veqas Qran Prisini üçüncü yerdə başa vuran Oskar Piastri yarışdan sonra jurnalistlərə açıqlama verib.

Yarışa arxa sıralardan başlasa da, əla irəliləyiş nümayiş etdirərək damalı bayrağı üçüncü yerdə görən McLaren pilotu podium sevincini bölüşüb.

Bütün pilotların bir-birinə çox yaxın olduğu xaotik mübarizəni dəyərləndirən avstraliyalı sürücü hava koridorunun yaratdığı dəyişkən vəziyyətə diqqət çəkib.

Oskar Piastri: “Deyirlər ki, Las Veqas dünyanın əyləncə paytaxtıdır. Bu yarışın bir hissəsi olmaq da olduqca xoş idi. İnanılmaz yarış keçirdik.

Arxa sıralardan start aldığım üçün hadisələrin necə inkişaf edəcəyini bilmirdim. Amma kifayət qədər sürətli irəlilədik və hələ yarışın əvvəlində bütün bolidlərin vahid, nəhəng qrup şəklində hərəkət edəcəyini anladım.

Pit-stop zamanı iki bolidin ard-arda pitə gəlməsi bir qədər bəxtsizlik idi, amma günün sonunda bunun elə də böyük əhəmiyyəti olmadı. Hamı bir-birinə o qədər yaxın idi ki, bu mübarizənin içində olmaq həqiqətən qəribə hiss idi.

Yarışın gedişini əvvəlcədən proqnozlaşdırmaq çox çətin idi. Bir düzlükdə rəqibi çox asanlıqla keçə bilirdiniz, növbəti düzlükdə isə bunu etməkdə çətinlik çəkirdiniz. Sonra başqa rəqiblə qarşılaşanda tamam fərqli güclü və zəif tərəflər üzə çıxırdı.

Önə keçəndə yarışı 10 saniyə fərqlə qazanacağınızı düşünə bilərsiniz. Amma ötmələr zamanı əsas köməyin hava koridorundan gəldiyini anlayırdınız. Çox çılğın yarış idi və podiumda finiş gördüyüm üçün çox xoşbəxtəm”.

Bunları da oxuyun

Şərh əlavə et