Mövsümün altıncı daxiliyanma mühərrikinə keçdiyi üçün start cəzası alan italiyalı sürücü sessiyanın əvvəlində təkərləri lazımi temperatura çatdırmaqda və əyləc pedalının həddindən artıq uzun olması səbəbindən əyləcləmədə çətinlik çəkdiyini deyib. Antonelli son dövrəsində qarşısındakı avtomobilin hava kisəsindən yararlanaraq liderliyə yüksəlib: “Mənim üçün çox qəribə sıralanma turu oldu. Başlanğıcda təkərləri işlək vəziyyətə gətirə bilmirdim, avtomobili heç hiss etmirdim. Üstəlik, əyləc pedalı çox uzun idi və buna görə ciddi çətinlik çəkirdim.
Nəticə, şübhəsiz, gözlənilməz oldu. Son dövrədə qarşımdakı avtomobildən bir saniyə geridə başlayanda hər şeyin bitdiyini düşünmüşdüm. Amma burada hava kisəsinin təsiri o qədər böyükdür ki, təkcə bunun sayəsində vaxt qazanaraq avtomobili liderliyə daşıya bildim”.
Start cəzasına baxmayaraq, məşq sessiyalarındakı uzun məsafəli yarış tempinə güvənən Antonelli qələbə uğrunda mübarizə apara biləcəklərini düşünür: “Məşqlərdə yarış tempimizin güclü olduğunu hiss etdim. Avtomobil də yaxşı təsir bağışlayırdı, təkərlər səmərəli işləyirdi. Buna görə yarışda qələbə uğrunda mübarizə aparmaq şansımızın yüksək olduğunu düşünürəm.
İndi ciddi işləyib hansı sahələrdə daha yaxşı ola biləcəyimizi müəyyənləşdirəcəyik və sabah daha güclü qayıdacağıq”.






Şərh əlavə et