Ferstappen: Fərqi açmaq mümkün deyildi

Rauf Hacıyev 11 saat əvvəl
Ferstappen: Fərqi açmaq mümkün deyildi
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Las Veqas Qran Prisinin qalibi Maks Ferstappen yarışdan sonra jurnalistlərə açıqlama verib. Niderlandlı pilot güclü hava koridoru effekti səbəbindən rəqiblərindən uzaqlaşmağın mümkünsüz olduğunu bildirib.

Las Veqas Qran Prisində damalı bayrağı ilk yerdə görərək qələbə qazanan Maks Ferstappen yarış boyu yaşanan çoxsaylı ötmələrdən təəccübləndiyini gizlətməyib.

Arxadakı pilotların güclü hava koridoru sayəsində daim ona yaxın qala bildiyini vurğulayan niderlandlı sürücü yarışı belə dəyərləndirib.

Maks Ferstappen: “Bu, inanılmaz idi. Hər mənada, sürreal bir yarış oldu. Formula 1-də əvvəllər heç vaxt belə yarış görməmişdim.

Startda enerji istifadəmiz düzgün idi. Amma təbii ki, digərləri də öyrənir və sizin nə etdiyinizi izləyirlər. Buna görə də finiş xəttinə çatmamış liderliyi geri qaytara bilmədim. Nəticədə son dövrə üçün strategiyamızı hələ yarışın əvvəlində sorğulamağa başladım.

Düşünürəm ki, sazlamalarımız düzgün idi. Mübarizə inanılmaz dərəcədə gərgin keçirdi və hava koridorunun təsiri o qədər güclü idi ki, fərqi açmaq mümkün deyildi.

Hər dövrədə bu qədər pilotun arxamca gəlməsi, həqiqətən də, inanılmaz idi”.

Bunları da oxuyun

Şərh əlavə et