Norris: Formula 1 tarixinin ən xaotik yarışlarından biri idi

Rauf Hacıyev 11 saat əvvəl
Norris: Formula 1 tarixinin ən xaotik yarışlarından biri idi
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Lando Norris Las Veqas Qran Prisində ikinci yeri tutduqdan sonra yarışı Formula 1 tarixinin ən xaotik mübarizələrindən biri kimi qiymətləndirib.

Maks Ferstappendən sonra finiş xəttini ikinci keçən McLaren pilotu yarış ərzində baş verən hadisələrin çoxluğu səbəbindən mübarizəni belə xarakterizə edib: “Düşünürəm ki, bu, Formula 1 tarixinin ən xaotik yarışı ola bilər!

Yarışın yarısında nələrin baş verdiyini heç özüm də anlamırdım! Burada hər şey mümkün idi: həm qələbə qazana, həm də sonuncu yerə qədər geriləyə bilərdim!

Xaotik, amma əyləncəli gün idi. Komanda olaraq yaxşı nəticə əldə etdik”.

Trasda çoxsaylı ötmələrin baş verməsi və mübarizənin daim dəyişməsi barədə danışan Norris əlavə edib: “Düşünürəm ki, bu yarışı start düzülüşündəki istənilən pilot qazana bilərdi.

Əyləncəli yarış oldu. Maksı təbrik edirəm, ön sıralarda həqiqətən yaxşı iş gördü.

Deyəsən, təxminən 15 saniyə ərzində lider oldum. Buna görə də qürur duyuram! Yarışa liderlik etdim, amma Maks çox yaxşı sürdü, heç bir səhvə yol vermədi və onların tempi kifayət qədər yüksək idi.

Bizim üçün yaxşı gün oldu. İlk iki-üç yerdən birini tutacağımızı gözləmirdim. Buna görə də nəticəmizi olduqca müsbət qiymətləndirirəm”.

Bunları da oxuyun

Şərh əlavə et