Mercedes pilotu komanda yoldaşı Kimi Antonellinin start cəzası səbəbindən yarışa ilk start cərgəsindən başlayacaq.
Sessiyadan sonra danışan Corc Rassell poul mövqeyini hədəflədiyini, lakin əldə etdikləri nəticədən razı qaldığını deyib: “Ümumilikdə, kifayət qədər stabil sessiya və yaxşı gün keçirdik.
Poul mövqeyini hədəfləyirdim, amma bir neçə həftə əvvəl Meksikada ilk start cərgəsində yer aldığımız performansla müqayisədə bugünkü çıxışımızdan daha çox razıyam.
Sürətli dövrədən əvvəlki hazırlıq dövrəsinin vaxtını düzgün seçmək və hava kisəsini tutmaq həqiqətən çox vacib idi. Son bölüm tamamilə çılğın keçdi. Monzada yaşananlara çox bənzəyirdi”.
Britaniyalı sürücü komanda yoldaşı Kimi Antonellinin də sıralanma turunda çox yaxşı çıxış etdiyini vurğulayıb: “Kimi əla iş gördü. Yəqin ki, bu qədər yaxın mübarizənin işlərin onun üçün yaxşı getməyəcəyinə səbəb olacağını düşünürdü, lakin hər şey onun üçün kifayət qədər yaxşı alındı.
Təəssüf ki, aldığı cəzaya görə yarışa ikinci yerdən başlayacaq. Buna görə də hər şey mümkündür”.






Şərh əlavə et