Q1
Portimaoda sıralanma turundan əvvəl havanın temperaturu təxminən 18°C olub.
Pit yolunun sonundakı işıqların yaşıla dönməsi ilə sürücülər trasa çıxıblar. İlk sürətli dövrəni 1:45.940 nəticə göstərən Ay Oqura vurub.
Bir neçə dəqiqə sonra Ay Oqura ilə Dieqo Moreyra arasında təmas yaşanıb. Hadisədən sonra Moreyra dövrəsini 1:40.612 nəticə ilə tamamlayaraq liderliyə yüksəlib. İker Lekuona isə ikinci yeri tutub.
Q1-in başa çatmasına bir dəqiqə qalmış Moreyra 15-ci döngədə çox ciddi qəza edib. Buna baxmayaraq, sürücü ayağa qalxaraq qaraja qayıda bilib. Hadisədən sonra qırmızı bayraqlar dalğalandırılıb.
Qırmızı bayraqlardan sonra Q1 yenidən başlamayıb. Beləliklə, Q2-yə vəsiqə qazanan sürücülər Dieqo Moreyra və İker Lekuona olublar.
Q2
Q2 başlayan kimi sürücülər poul mövqeyi uğrunda mübarizə üçün vaxt itirmədən trasa çıxıblar.
Mark Markes 1:38.013 nəticə ilə zaman cədvəlinə başçılıq edib. Marko Bezzekki isə ondan 0,060 saniyə geri qalaraq ikinci yerdə qərarlaşıb.
İlk cəhdlərdən sonra qaraja qayıdan sürücülər bir neçə dəqiqə sonra poul mövqeyi uğrunda son dəfə mübarizə aparmaq üçün yenidən trasa çıxıblar.
Son cəhdlərdən sonra Marko Bezzekki 1:37.201 nəticə göstərərək Mark Markesi yarım saniyə qabaqlayıb.
Damalı bayraq dalğalananda poul mövqeyinin sahibi Bezzekki olub. Mark Markes ikinci, Fabio Di Cianantonio isə üçüncü yeri tutub. Onların ardınca Raul Fernandes və Aleks Markes qərarlaşıblar.






Şərh əlavə et