Ferrari pilotları Meksika Qran Prisindən sonra Las Veqasda da trasda insident yaşayıblar.
Yarışın sonlarına doğru altıncı yer uğrunda mübarizə aparan iki pilot toqquşub. Bu təmas nəticəsində Lyuis Həmilton fırlanaraq bir neçə mövqe itirib. Hadisədən sonra Şarl Lekler 10 saniyəlik cəza alıb.
Yarışdan sonra danışan Lekler komanda yoldaşı ilə aralarında həll edilməli məsələlərin olduğunu etiraf edib: “Yolunda getməyən hər şeyi düzəltməliyik.
Bunun gərgin müzakirəyə çevriləcəyini düşünmürəm. İndiyə qədər apardığımız söhbətlərin heç biri gərgin keçməyib. Amma bu vəziyyət, şübhəsiz ki, belə davam edə bilməz.
Yenə də içində olmaq çətin vəziyyətdir. Açığı, burada, sizin qarşınızda bu məsələlər barədə danışmaq da müəyyən mənada çətindir. Bu, qəbuledilən deyil. Deyə biləcəyim yeganə şey budur”.
Lekler bolidin yarış tempini də dəyərləndirib: “Bolidi pis hesab etməzdim, amma mövcud şəraitdə hamı kifayət qədər yaxşı vəziyyətdə idi. Hətta Alpine bolidləri də çox sürətli idi.
Rəqibinizlə aranızdakı fərq bir saniyədən az olan kimi mübarizə o qədər gərginləşirdi ki, ondan uzaqlaşmaq çox çətin olurdu.
Açığı, yarışı əyləncəli adlandıra bilmərəm. Çünki bu, müəyyən mənada hörmətsizlik olardı. Komanda naminə özümü çox pis hiss edirəm”.






Şərh əlavə et