Həmilton: Komanda daxilində mübarizə bizə çoxlu xal itirdib

Rauf Hacıyev 23 saat əvvəl
Həmilton: Komanda daxilində mübarizə bizə çoxlu xal itirdib
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Lyuis Həmilton Las Veqas Qran Prisində Şarl Leklerlə yaşadığı təmasdan sonra açıqlama verərək komanda yoldaşının onunla eyni məqsədə köklənmədiyini və bu mübarizənin Ferrari-yə vacib xallar bahasına başa gəldiyini bildirib.

Las Veqas Qran Prisində iki pilotunun toqquşmasından sonra Ferrari komanda daxilində gərginliklə üzləşib.

Yarışdan əvvəl Leklerlə münasibətlərinin yaxşı olduğunu və hər ikisinin qarşılıqlı sərhədlərə hörmət etdiyini deyən Həmilton hadisədən sonra aralarındakı vəziyyətin necə davam edəcəyi ilə bağlı suala konkret cavab verməyib.

Lyuis Həmilton: “Bilmirəm, həqiqətən də bilmirəm. Amma açığı, bu məsələyə qarışmaq istəmirəm. Günün sonunda bu sualları Ferrari-yə ünvanlamaq lazımdır. Bu gün xal qazanmaq üçün əlimdən gələni etdim, bütün gücümü ortaya qoydum. Daim müxtəlif problemlərlə üzləşdik, amma mən başımı aşağı salıb mübarizəni davam etdirdim.

10 saniyəlik cəza inanılmaz idi, həqiqətən də çox ağır cəza idi. McLaren pilotları ilə toqquşmaqdan yayınmağa çalışırdım. Mənə sadəcə mövqeyi geri qaytarmağı söyləyə bilərdilər. Bunun əvəzinə 10 saniyəlik cəza verdilər.

Buna baxmayaraq, geri döndüm və yenidən mübarizəyə qoşuldum. Qarşımda Maksı görəndə düşündüm ki, yenidən yarışın içindəyik! McLaren pilotları ilə mübarizə aparırdım. Açığı, podium uğrunda mübarizə apara biləcəyimi düşünməyə başlamışdım. Bütün diqqətim McLaren pilotları ilə mübarizəyə yönəlmişdi, çünki bizim yerimiz oradır. Amma istədiyimiz kimi alınmadı”.

Həmiltona Las Veqasda tez-tez mövqe dəyişikliklərinin və çoxsaylı ötmələrin hər yarışda baş verəcəyini gözləyib-gözləmədiyi də soruşulub: “Düşünürəm ki, bu, həqiqətən möhtəşəm yarış idi. Düzlüklərdə sürət baxımından geridə qaldığımızı bilirdik, lakin bu qədər uzun düzlükləri olan trasda fərqin bu qədər böyük olacağını gözləmirdik.

İrəliləmək üçün daim başqa bir bolidin arxasında, onun hava koridorunda qalmalı idiniz. Əks halda, ətrafınızdakı digər pilotlar üçün asan hədəfə çevrilirdiniz.

Amma Mercedes və Red Bull-un düzlüklərdəki gücü həqiqətən təsiredici idi. Mühərrikim limitdə işləyirdi, ondan daha artığını almaq mümkün deyildi. Hücum edə bilmək üçün əlimdən gəldiyi qədər güc rejimindən istifadə etdim.

Düşünürəm ki, bu yarış bolidin kokpitindən baxanda ən maraqlı və həyəcanlı mübarizələrdən biri idi. Düzlüklərdəki performansı nəzərə almasaq, bolidi idarə etmək həqiqətən çox xoş idi”.

Həmiltona Leklerlə təmasdan sonra radio vasitəsilə komanda yoldaşından geri çəkilməsini istəyib-istəmədiyini soruşduğu da xatırladılıb.

Britaniyalı pilot Leklerlə bu cür vəziyyətləri dəfələrlə yaşadığını, həmin an isə əsas məqsədinin McLaren pilotlarına çatmaq olduğunu bildirib: “Bəli, belə hallarla dəfələrlə qarşılaşmışam. Həmin anda daha sürətli olduğumu bilirdim və 10 saniyəlik cəzamı yenicə çəkmişdim. Yeganə düşündüyüm McLaren-i məğlub etmək idi. Arxamızda öz aramızda mübarizə aparmağa ehtiyac yox idi. McLaren-i qabaqlamalı idik.

Hər dəfə öz aramızda mübarizə aparanda vaxt itiririk. Birlikdə işləməli, hava koridorunda qalmalı, hücumu davam etdirməli və qarşımızdakı pilotlara çatmalı idik.

Düşünürəm ki, eyni cür düşünmürdük. Nəticədə bu vəziyyət bu gün bizə çoxlu xal itirdib. Bu, üzücüdür, çünki komandanın həmin xallara layiq olduğunu düşünürəm. Ferrari bu xalları mütləq qazanmalı idi”.

Yarışdan sonra Leklerlə danışmağa fürsət tapıb-tapmadığı soruşulan Həmilton komanda yoldaşı ilə hələ görüşmədiyini bildirib:

“Xeyr. Üstümü dəyişməyə getdim, sonra da bura gəldim”.

Həmilton yarışın özü üçün çətin keçməsinə baxmayaraq, trasdakı mübarizəsindən məmnun qaldığını deyib: “Bu gün göstərdiyim mübarizədən müəyyən mənada qürur duyuram. Yarışmaq məhz belə olmalıdır. İrəliləmək üçün çoxlu ötmələr etməli və bir çox riskə getməli oldum. Trasda həqiqətən çox əyləndim.

Amma qarşıda yenidən mübarizə aparmaq üçün başqa bir günümüz olacaq. Hələ bir neçə yarışımız qalıb. Bu düşüncəyə sadiq qalmağa davam edəcəyik”.

Həmilton birinci pilot statusu istəmədiyini bildirib

Həmiltona Formula 1-in keçmiş dünya çempionu Deymon Hillin Ferrari-nin onu birinci pilot elan etməli olduğu barədə fikri də xatırladılıb. Hill belə bir qərarın komanda yoldaşları arasındakı problemləri aradan qaldıra biləcəyini düşünürdü.

Həmilton isə bu statusu heç vaxt istəmədiyini vurğulayıb: “Mən heç vaxt birinci pilot olmağı istəməmişəm. Həqiqətən, bunu heç vaxt tələb etməmişəm. Mövsümün müəyyən mərhələsində 40-dan çox xal fərqi ilə öndə idim və həmin vaxt mübarizə mənimlə Kimi arasında gedirdi. Uzun müddət çempionatda ikinci yerdə idim və Kimiyə ən yaxın rəqib mən idim. Onu məğlub etmək üçün həmin dövrdə dəstəyə ehtiyacım var idi.

Mövsüm ərzində dəstəyin köməyi ilə Kimini qabaqlaya biləcəyimizi düşündüyüm bir neçə konkret vəziyyət yaranmışdı. Amma mənim istədiyim bu deyil.

Əsas məsələ iki bolidin bir-birinə toxunmamasıdır. Bu, qətiyyən baş verməməlidir. Bu barədə deyə biləcəyim hər şeyi demişəm. Bu sualı Ferrari-yə ünvanlamalısınız”.

Bunları da oxuyun

Şərh əlavə et