Maks Ferstappen bütün pelotona “Siz hamınız, mən tək!” dedi

Rauf Hacıyev 7 saat əvvəl
Maks Ferstappen bütün pelotona “Siz hamınız, mən tək!” dedi
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Maks hamıya qarşı!

Maks Ferstappen Las Veqasda elə bir yarış keçirdi ki, sanki bütün peloton ona qarşı birləşmişdi. Rassell, Hacar, Antonelli, Norris… Hətta qələbə üçün potensial şansları olan Lindblad, Qasli və Piastri də mübarizənin içində idi. Amma fərq etmədi. Maks yarış ərzində gah birinci, gah da ikinci yerdə qərarlaşaraq bütün rəqiblərinə qarşı mübarizə apardı və sonda qələbəni qazandı. Bir sözlə, bütün pelotona “Siz hamınız, mən tək!” dedi.

Əslində, həftəsonu ərzində Maksla Rassell arasında gərginlik kifayət qədər yüksək idi. Üçüncü sərbəst yürüşlərdə yaşanan insidentdən sonra dünənki mətbuat konfransında da iki pilot arasında söz atışması yaşandı. Bu, müəyyən mənada gözlənilən idi. Çünki Rassell bu mövsümün ən böyük itirənlərindən biridir. Çempionatda ikincilik əldən gedirdi, üstəlik, sıralanma turunda da Ferstappenin gerisində qalmışdı.

Amma Maks dünən sakitliyini qorudu, bu gün isə trasda cavabını verdi. Rassell isə yenə təzyiq altında özünü yandırdı. Sanki Sinqapur 2023-ü yenidən yaşadıq. Britaniya mətbuatının “Mercedes Rassellə qarşıdır” arqumentini də elə Rassell özü bir daha təkzib etdi. Son üç yarışda öz səhvləri ucbatından geriləyir. Bu vəziyyətdə günahı komandada axtarmaq getdikcə çətinləşir.

Las Veqasda NASCAR havası

Maksın karyerasına gəlincə, o, GT yarışlarında da qalib gəlib, Formula 1-də qələbələrin sayını da çoxdan itirmişik. Bu gündən etibarən isə rahatlıqla deyə bilər ki, NASCAR yarışı da qazanmışam! Çünki Las Veqasda əsl Amerika yarışı izlədik. Mənzərə İndy 500 və NASCAR qarışığına bənzəyirdi. Bir dövrə pilot 10-cu yerdədir, növbəti dövrə beşinci. Mövqelər durmadan dəyişir, heç kimə rahat nəfəs almağa imkan verilmir.

McLaren-dən ikiqat sevinc

McLaren isə iki uzun düzlüyü olan trasda döngələrdəki üstünlüyü sayəsində iki pilotunu da podiuma çıxardı. Piastrini nəhayət yenidən podiumda gördük. Onun azarkeşlərini xüsusilə təbrik edirəm. Çünki avstraliyalı pilot çox gerilərdən başlayaraq ilk üçlüyə yüksəlməyi bacardı. McLaren üçün də həftəsonunun ən xoş nəticələrindən biri bu oldu.

Alpine üçün vacib xallar

Alpine üçün də yaxşı həftəsonu oldu. RB-nin xalsız qaldığı yarışda komanda beşincilik uğrunda mübarizədə vacib xallar qazandı. Kolapintonun yeri də təhlükədədir. Buna görə argentinalı pilotun bu gün qazandığı altıncılıq onun üçün xüsusi əhəmiyyət daşıyırdı. Belə nəticə həm özünə, həm də komandaya nəfəs almaq imkanı verir.

Ferrari-də xaos davam edir

Keçək günün qəhrəmanlarına – Ferrari-yə! Bəli, bu dəfə Ferrari-nin pilotları dünya aləmi qarışdırdılar. Təkərlər lazımi temperatura çatdıqdan sonra maşının tempi həqiqətən yaxşı idi. Hətta yarışın müəyyən mərhələsində beşinci-altıncı yerləri tutmaq da mümkün görünürdü. Amma Lekler yenə hər şeyi korladı. O hücuma nə ehtiyac var idi? Onsuz da yoyo racing gedir, bir az səbir etsən, rəqibini keçəcəksən. Belə riskə girməyin mənası nə idi?

Ferrari-də artıq vəziyyət elə həddə çatıb ki, dəyişiklik qaçılmaz görünür. Ya Fred Vassyör getməlidir, ya pilotlardan biri ikinci dərəcəli rolu qəbul etməlidir, ya da Lekler və ya Həmiltondan biri komandadan ayrılmalı, yerinə Berman gəlməlidir. Əks halda, bu daxili xaos hələ uzun müddət davam edəcək. Ferrari-nin problemi təkcə maşının tempi deyil. Komanda daxilində kimin hansı məqsəd uğrunda mübarizə apardığı da getdikcə daha böyük sual doğurur.

Hacarın bəxtsiz günü

Günün ən böyük itirəni isə Hacar oldu. Bəlkə də bu, onun qazana biləcəyi yarışlardan biri idi. Amma olduqca absurd bir hadisə üzündən xalsız qaldı. Belə fürsətləri hər gün əldə etmirsən. Xüsusilə də mövsümün bu mərhələsində itirilən hər xalın qiyməti var.

Saynsın 20-ci yerdən yüksəlişi

Günün qazananlarından biri də Sayns idi. Yarışa 20-ci yerdən başlayan ispaniyalı pilot finişdə səkkizinci oldu. Belə trasda və belə qarışıq yarışda bu, kifayət qədər yaxşı nəticədir. Williams üçün də həftəsonunun ən müsbət məqamlarından biri Saynsın bu çıxışı oldu.

358 ötmə, 35 lider dəyişikliyi – bəs maraq haradadır?

Nəhayət, Formula 1 tarixində ən çox ötmənin qeydə alındığı yarışı izlədik. Yarış ərzində düz 358 ötmə gördük, liderlik isə 35 dəfə dəyişdi! Statistik baxımdan möhtəşəm göstəricidir. Amma bir sual da yaranır: ötmələrin çox olması həmişə maraqlı yarış deməkdirmi? Məncə, yox. Las Veqasda bəzən elə hiss yaranırdı ki, 20 il əvvəlki MotoGP yarışına baxırıq. Bir dövrə içində bu qədər mövqe dəyişikliyi olanda ötmənin özü də öz dəyərini itirir.

Bəzən yarışın gözəlliyi ötmələrin sayında yox, bir mövqeni qazanmaq üçün verilən mübarizədədir.

Bunları da oxuyun

Şərh əlavə et