Komandanın rəhbəri Ayo Komatsu qərardan məmnunluğunu ifadə edib: “Rafael ilə mövsümü başa vuracağımız üçün şadıq. O, Braziliya və ABŞ Qran Prilərindəki ilk iki startından sonra da bolidimizi idarə etməyə davam edəcək.
Onun hər sessiyaya yeni nəsə öyrənmək və komanda ilə daha yaxşı anlaşmaq fürsəti kimi yanaşmasını xüsusi qeyd etmək istəyirəm. İndi çempionatı birlikdə başa vurmalıyıq. Bu isə nisbətən qısa qış fasiləsi ərəfəsində bizə müəyyən üstünlük qazandıracaq. Çünki 2027-ci il üçün hazırlıqlar artıq başlayıb”.
Bu qərar əslində braziliyalı pilotun Haas ilə əməkdaşlıq naminə Formula 2-də çempionluq uğrunda mübarizədən imtina etməsi deməkdir. Kamara hazırda F2 Çempionatında liderdir. Nəzəri baxımdan o, mövsümü lider kimi başa vura bilər. Lakin bunun üçün Qətər və Əbu Dabi mərhələlərində Nikola Tsolovun ciddi uğursuzluq yaşaması və yeddi xaldan az toplaması lazımdır.
Hazırda Kamaranın hesabında 207, bolqarıstanlı pilotun aktivində isə 200 xal var. Bununla belə, Tsolovun üç yox, altı qələbəsi var, Kamara isə cəmi üç dəfə finiş xəttini birinci keçib. Üstəlik, üçüncü yerdə qərarlaşan Aleks Dann da onları qabaqlamamalıdır. Onun hesabında 189 xal var və liderlərdən elə də çox geri qalmır.
Kamaranın Invicta Racing-dəki yerini böyük ehtimalla Audi-nin gənc pilotlar proqramının üzvü Freddi Sleter tutacaq. Haas Kamaranın San-Paulu Qran Prisində iştirakını təsdiqləyən kimi bu barədə müzakirələr başlamışdı.






Şərh əlavə et