Pirelli Las-Veqasda təkərlərin işindən razı qalıb

Rauf Hacıyev 20 saat əvvəl
Pirelli Las-Veqasda təkərlərin işindən razı qalıb
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Pirelli çətin şəraitə baxmayaraq, Las-Veqas Qran Prisində təkərlərin performansından razı qalıb. Yarış ərzində təkərlərlə bağlı heç bir ciddi problem yaşanmayıb.

 

Pirelli Motorsport-un direktoru Dario Marrafuski yarışı belə dəyərləndirib: “Çoxsaylı ötmələrin və gərgin mübarizənin yaşandığı maraqlı yarış izlədik.

Medium və Soft təkərlər yenə özünü yaxşı tərəfdən göstərdi. Hər iki qarışıq yüksək sabitlik nümayiş etdirdi, Soft təkərlər isə daha yaxşı ilişmə təmin etdi. Gözlədiyimiz digər məqam qranullaşmanın dünənlə müqayisədə azalması idi. Bu da pilotlara bolidlərinin potensialından maksimum istifadə edərək daha aqressiv sürməyə imkan verdi.

Soyuq hava təkərləri işçi temperaturunda saxlamağı çətinləşdirdi. Bu, xüsusilə təhlükəsizlik avtomobili trasda olarkən və restartlar zamanı özünü göstərirdi. Pilotlar bu vəzifənin öhdəsindən yaxşı gəldilər və səhvləri minimuma endirdilər. Təkərlərin bloklanması halları olsa da, onların təsiri belə şəraitdə gözləniləndən daha az oldu.

Təhlükəsizlik avtomobilinin trasa çıxması komandaları planlaşdırıldığından daha tez pit-stop etməyə məcbur etdi. Lakin təkərlərin aşınması aşağı olduğundan bu, strategiyaya yanaşmanı dəyişmədi. Bütün pilotlar bir pit-stopla yarışı problemsiz başa vura bilərdilər”.

Bunları da oxuyun

Şərh əlavə et