Xəbəri Kokpitdə Oxuyun!

İddia: Ferstappenin yarış mühəndisi dəyişdirilir

RacingNews365-in məlumatına görə, Maks Ferstappenin yeni yarış mühəndisi Tom Hart 2026-cı il Formula 1 mövsümünün qalan yarışlarından üçündə Canpiero Lambiasenin vəzifəsini icra edəcək.

Niderlandlı sürücünün yarış mühəndisi kimi çalışan Canpiero Lambiase McLaren-də yüksək vəzifəni qəbul etdikdən sonra Red Bull-dan ayrılmağa hazırlaşır.

Lambiasenin 2027-ci ilin ortalarında, ən gec isə 2028-ci il mövsümünün əvvəlində Voking təmsilçisinə qoşulacağı gözlənilir.

Ferstappenin yeni yarış mühəndisi olacaq Tom Hart niderlandlı pilotun mühəndislik qrupunun təcrübəli üzvlərindən biridir. Lambiasenin Red Bull-dan ayrılacağı apreldə açıqlanandan sonra Hart əvvəllər planlaşdırılan Williams-a keçidindən imtina edib.

RacingNews365-in xəbərinə əsasən, Hart 2026-cı il mövsümünün qalan altı yarışından üçündə Ferstappenin yarış mühəndisi kimi çalışacaq.

Hart ABŞ, Braziliya və Las-Veqas Qran Prilərində bu vəzifəni icra edəcək. Beləliklə, Lambiase Meksika, Qətər və Abu-Dabi Qran Prilərində Ferstappenin yarış mühəndisi olaraq fəaliyyətini davam etdirəcək.

Rauf Hacıyev

Şərh əlavə et