Pirelli Qətər Qran Prisi üçün ən sərt təkər tərkiblərini seçib

Rauf Hacıyev 9 saat əvvəl
Pirelli Qətər Qran Prisi üçün ən sərt təkər tərkiblərini seçib
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Pirelli Qətər Qran Prisinə hazırlaşarkən təkərlərə düşən yüklənmə baxımından bu mərhələnin mövsümün ən çətin yarışlarından biri olacağını qeyd edib.

 

Luseyl avtodromunun xüsusiyyətləri təkərlər üçün ciddi sınaq yaradır. Trasın 16 döngəsinin əksəriyyəti yüksək və orta sürətlidir, uzun düzlüklərin olmaması isə təkərlərə düşən yükü daha da artırır.

Problem yalnız güclü yan yüklənmələrlə məhdudlaşmır. Qətər Qran Prisi adətən yüksək temperatur şəraitində keçirilir. Buna görə də Pirelli bu mərhələ üçün ən sərt üç təkər tərkibini seçib: C1 – sərt, C2 – orta və C3 – yumşaq.

Bu seçim trasın xüsusiyyətləri ilə bağlıdır. Lusaildə təkərlər, xüsusilə də sol ön təkər intensiv aşınmaya məruz qalır.

Ardıcıl sürətli döngələr səbəbindən dövrənin böyük hissəsində təkərlər davamlı olaraq yüksək yüklənmə ilə üzləşir. Bununla yanaşı, trasın asfalt örtüyü kifayət qədər hamardır və yüksək temperaturadək qızır. Bu amillər təkərlərdə dənələnməyə səbəb ola, nəticədə aşınmanı daha da sürətləndirə bilər.

Bununla belə, əvvəlki illərin təcrübəsi göstərir ki, yüksək aşınma səviyyəsinə baxmayaraq, təkərlərin performans itkisi və deqradasiyası orta səviyyədə qalır. Məhz buna görə Pirelli FIA ilə razılaşaraq bir təkər dəstindən istifadə müddətinə məhdudiyyət tətbiq edib. Buna əsasən, pilotlar bir dəstlə maksimum 27 dövrə vura biləcəklər. Beləliklə, 57 dövrədən ibarət yarışı başa vurmaq üçün ən azı iki pit-stop etmək lazım gələcək.

Bu limit ötənilki yarışla müqayisədə artırılıb. Çünki 2026-cı ildə təkərlərin konstruksiyası daha möhkəmləndirilib, yeni nəsil bolidlər isə daha az asfaltayatma qüvvəsi yaradır.

Pirelli hesab edir ki, bir təkər dəsti ilə vurula biləcək dövrələrin sayının məhdudlaşdırılması təkərlərdə hava təzyiqini artırmağa alternativ tədbirdir. Bu yanaşma pilotlara daha aqressiv hücum etməyə imkan verəcək və tempi qorumaq üçün xüsusi ehtiyatlı davranmağa ehtiyac qalmayacaq.

2025-ci il yarışında iştirakçıların əksəriyyəti startı Medium tərkibli təkərlərlə götürmüşdü. Lakin təhlükəsizlik avtomobilinin trasa çıxmasından sonra artıq 7-ci dövrədə ilk kütləvi pit-stop dalğası baş vermişdi.

Həmin yarışda bir təkər dəsti ilə maksimum 25 dövrə vurmağa icazə verilirdi. Buna görə də pilotlar ikinci pit-stoplarını ən gec 32-ci dövrədə etməli idilər. Bundan sonra demək olar ki, bütün pilotlar sərt təkərlərə keçərək finişədək həmin tərkiblə yarışıblar.

Bunları da oxuyun

Şərh əlavə et