Las Veqas Qran Prisindən sonra virus infeksiyasına yoluxan Fernando Alonso Lusail Beynəlxalq Trassındakı bütün sessiyalarda iştirak edə bilmək üçün cümə axşamını dincəlməyə və sağalmağa ayıracaq.
Aston Martin məsələ ilə bağlı belə açıqlama verib:
Aston Martin: “Fernando Las Veqas Qran Prisi həftəsonunun sonlarına yaxın yoluxduğu virus infeksiyasından sağalmağa davam etdiyi üçün bu gün media günündə iştirak etməyəcək. Fernandonun sağalması yaxşı gedir və onun cümə günü paddokda olması planlaşdırılır.”
İkiqat Formula 1 dünya çempionu Alonsonun sabah paddokda olacağı gözlənilir.
Onun komanda yoldaşı Ləns Stroll da bu ayın əvvəlində keçirilən San Paulu Qran Prisində oxşar səbəbdən media gününü buraxıb.







Şərh əlavə et