F. Alonso: “Trasda özümdən üstün heç kimi görmürəm”

Rauf Hacıyev 7 saat əvvəl
F. Alonso: “Trasda özümdən üstün heç kimi görmürəm”
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

45 yaşlı Fernando Alonso reflekslərində və sürətində heç bir azalma hiss etmədiyini bildirib, ata olduqdan sonra isə evdən uzaq qalmağın yaratdığı çətinliklərə toxunub.

2001-ci ildən bəri Formula 1-də 23 mövsümü arxada qoyan və bu idman növünün ən təcrübəli sürücüsü olan Fernando Alonso yaşına baxmayaraq, zirvə uğrunda mübarizədən qopmadığını vurğulayıb. 245 yarışdır qələbə qazana bilməsə də, gənc nəslə yer verməli olduğu barədə tənqidlərlə razılaşmayan 45 yaşlı ispaniyalı sürücü avtoidmanda nəticənin fiziki dözümlülükdən daha çox texniki şəraitə uyğunlaşmadan asılı olduğunu bildirib:

Fernando Alonso: “Avtoidman bu baxımdan çox fərqli sahədir. Ən yüksək səviyyədə çıxış etmək üçün tamamilə fiziki hazırlığınızdan asılı deyilsiniz. Daim qaçmalı olan tennisçi və ya futbolçu deyilsiniz. Daha çox içində olduğunuz texniki şəraitə güvənirsiniz.

Əlbəttə, yenə də formada olmalı və motivasiyanızı qorumalısınız. Amma nəticə etibarilə trasda özümdən üstün heç kimi görmürəm. Sürətimdə, yarış startlarındakı reflekslərimdə və ya növbəti yarışa çıxmaq həvəsimdə heç bir azalma hiss etmirəm.

Bəziləri gənc nəslin F1-də yer almalı olduğunu, mənim və Lyuis Həmilton kimi uzun illərdir yarışan sürücülərin kənara çəkilməli olduğunu deyir. Amma avtoidmanda işlər belə getmir. Pasportumda yazılan yaşa görə yox, özümü yavaş hiss etdiyim gün karyeramı bitirəcəyəm.”

2030-cu ildə V8 mühərriklərin qayıdacağı vaxt artıq yarışmayacağını qəti şəkildə bildirən Alonso yaxınlarda ata olduqdan sonra sıx səfər qrafikinin və ailəsindən uzaq qalmağın ona necə təsir etdiyindən də danışıb:

Fernando Alonso: “Ən çətin tərəfi, şübhəsiz, evdən uzaq qalmaqdır. Bu il dəfələrlə özümə vacib anları qaçırıb-qaçırmadığım barədə sual vermişəm.

Komanda üzvlərini də düşünürəm. Baş mexanikimin və həyat yoldaşının üç il əvvəl bir oğlu olub, tezliklə daha bir övladları dünyaya gələcək. Ata olmamışdan əvvəl uşağı olan insanlar üçün bunun nə demək olduğunu, övladlarından bu qədər tez-tez ayrı qalmağın nə qədər çətin olduğunu tam anlaya bilmirdim. İndi isə bunu çox yaxşı başa düşürəm.

Onları düşünürəm, çünki məndən daha çox işləyirlər. Trassda məndən daha çox vaxt keçirirlər, səfərə məndən bir-iki gün əvvəl çıxıb evə bir-iki gün sonra qayıdırlar. Bununla belə, həmişə səylə işləyir və motivasiyalarını qoruyurlar.

Bunu görmək komandada nə qədər imtiyazlı mövqedə olduğumu anlamağıma kömək edir və onlarla birlikdə daha da səylə işləmək istəyimi artırır.”

Bunları da oxuyun

Şərh əlavə et