Mika Hakkinen noyabrın 26-da Türkiyəyə gələcək!

Gilənur Hüseynova 24 Noyabr 2026, 11:56
Mika Hakkinen noyabrın 26-da Türkiyəyə gələcək!
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

İkiqat Formula 1 dünya çempionu Mika Hakkinen noyabrın 26-da Türkiyəyə gələcək.

GoTürkiye və TOSFED-in təşkil etdiyi tədbir çərçivəsində 1998 və 1999-cu illərin Formula 1 dünya çempionu Mika Hakkinen Türkiyəyə səfər edərək Formula 1 həvəskarları ilə görüşəcək.

“Uçan fin” ləqəbi ilə də tanınan Hakkinen karyerasına 1991-ci ildə Lotus komandasında başlayıb.

Finlandiyalı pilot daha sonra keçdiyi McLaren komandası ilə 1998 və 1999-cu illərdə ardıcıl iki dəfə dünya çempionu olub.

Karyerası ərzində 165 starta çıxan və 20 Qran Pri qələbəsi qazanan Hakkinen xüsusilə Mixael Şumaxerlə rəqabəti sayəsində yadda qalıb. O, 2001-ci il mövsümündən sonra Formula 1 karyerasını başa vurub.

Sözügedən tədbir noyabrın 26-da, cümə axşamı saat 14:30-dan 16:00-dək AKM Teatr Salonunun foyesində keçiriləcək.

Tədbirdə iştirak tamamilə ödənişsiz olsa da, yerlərin məhdud olacağı bildirilib. Buna görə tədbirə qatılmaq istəyən şəxslərə erkən gəlmək tövsiyə olunur.

Bunları da oxuyun

Şərh əlavə et