G.Ştayner: “Ferrari-də dəyişikliklər olacaq”

Gilənur Hüseynova 24 Noyabr 2026, 13:19
G.Ştayner: “Ferrari-də dəyişikliklər olacaq”
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Haas komandasının keçmiş rəhbəri Günter Ştayner Lyuis Həmiltonla Şarl Leklerin Las Veqas Qran Prisində yenidən toqquşmasından sonra Ferrari-də dəyişikliklər ediləcəyini gözləyir.

Las Veqasda Ferrari-nin iki sürücüsü altıncı yer uğrunda mübarizə apararkən Şarl Leklerin ötmə cəhdi Lyuis Həmiltonun fırlanmasına səbəb olub.

Hadisədən sonra Lekler cəza alıb və yarışı 10-cu yerdə başa vurub, Həmilton isə 7-ci olub. Ferrari komandasının rəhbəri Fred Vassör baş verənləri “qəbuledilməz” adlandırıb.

Yarışdan sonra Sky Sports-a danışan Vassör bildirib: “Bu, həqiqətən qəbuledilməzdir. Meksikadan sonra verdiyimiz mesajı bir daha xatırlatmaq istəyirəm: komandanı, Maranelloda çalışanları və sponsorları düşünməlisiniz!”

“Şarla ötmə cəhdi etməməsi barədə mesajımızı çatdırmışdım. Onun etdiyi, şübhəsiz ki, səhv idi və bu səhv komandaya böyük zərər vurub. Baş verənlər qətiyyən qəbuledilməzdir.”

“Həqiqətən qəzəbliyəm, çünki Meksikadan sonra bu mesajı ona aydın şəkildə çatdırmışdıq.”

The Red Flags Podcast proqramında təması dəyərləndirən Ştayner bildirib: “Komandada mütləq dəyişikliklər olacaq.”

“Las Veqasdakı yarışdan sonra Ferrari-nin idarə heyətindəki ab-havanı təsəvvür edə bilirsiniz?”

“Əvvəllər də bir neçə dəfə demişəm ki, bu məsələ təkcə Freddən asılı deyil. Qərar vermək səlahiyyəti olan böyük bir qrup var.”

“Bu məsələ yalnız iki sürücü ilə Fred arasında müzakirə olunmur. İdarə heyətində də nəzərdən keçirilir. Amma idarə heyətində həqiqətən qərar verə biləcək şəxslərin fikirləri fərqli olacaq. Buna görə də hələlik yekun qərara gəlmək mümkün olmayacaq.”

Mövsümün başa çatmasına iki yarış qalmış Ferrari 517 xalla komandalar çempionatında ikinci yerdədir.

Red Bull 440 xalla üçüncü, McLaren isə 431 xalla dördüncü yerdədir. Mercedes komandalar çempionluğunu Braziliya Qran Prisində təmin edib.

Bunları da oxuyun

Şərh əlavə et