Bu addımın məqsədi mühərrik istehsalçıları arasında rəqabət şəraitini tarazlaşdırmaqdır.
Hazırda Cadillac Ferrari-dən aldığı müştəri güc qurğusundan istifadə edir. General Motors isə 2030-cu il mövsümündə istifadəsi planlaşdırılan V8 mühərrikləri üzərində işini davam etdirir. Buna görə şirkətin mövcud güc qurğularını inkişaf etdirmək üçün əlavə resurs ayırmasına ehtiyac qalmır.
Formula 1-i hazırda mühərriklə təmin edən istehsalçılar isə eyni vaxtda həm mövcud hibrid güc qurğularının performansını artırmaq, həm də 2030-cu ildə istifadəyə verilməsi planlaşdırılan yeni mühərrikləri hazırlamaq üzərində çalışırlar.
Təklifə əsasən, mövcud güc qurğularının inkişafı 2028-ci il mövsümünün ortasında dayandırıla bilər. Beləliklə, güc və etibarlılıq baxımından rəqiblərindən geri qalan istehsalçılara fərqi aradan qaldırmaq üçün təxminən daha bir mövsüm yarım vaxt veriləcək.
Bu müddət başa çatdıqdan sonra mövcud mühərriklər üzərində inkişaf işləri dayandırılacaq və istehsalçılar resurslarını 2030-cu ildə istifadəsi planlaşdırılan yeni V8 güc qurğularına yönəldə biləcəklər.
Təklif həyata keçirilərsə, mövcud mühərrik qaydalarından yeni dövrə keçid zamanı istehsalçılar arasındakı resurs və inkişaf fərqlərinin azaldılması hədəflənir.







Şərh əlavə et