Təqdim olunan sənədlərin yoxlanılması maliyyə qaydalarının mürəkkəbliyi, eləcə də Formula 1 komandalarının və güc qurğusu istehsalçılarının texniki fəaliyyətinin və inkişaf xərclərinin qiymətləndirilməsi zərurəti nəzərə alınmaqla, təxminən səkkiz ay davam edib.
FIA bildirib ki, komandalar və güc qurğusu istehsalçıları tələb olunan məlumatları təqdim etməklə yoxlama prosesinə tam dəstək verib, xoş niyyət və əməkdaşlıq prinsiplərinə uyğun hərəkət ediblər.
Yoxlamanın nəticələrinə əsasən, doqquz komandanın fəaliyyəti maliyyə qaydalarına uyğun hesab edilib. Alpine və Williams isə pozuntulara yol verib.
Alpine büdcə limitini aşmayıb, lakin prosedur qaydalarını pozub. Williams isə limiti 627 min funt sterlinq və ya 0,48 faiz üstələyib. Komanda maliyyə cəriməsi ilə yanaşı, növbəti 12 ay ərzində aerodinamik boruda sınaq və CFD modelləşdirməsi vaxtının 1,5 faiz azaldılması ilə cəzalandırılıb.
Beş güc qurğusu istehsalçısının hamısı isə qaydalara uyğun fəaliyyət göstərib.






Şərh əlavə et