Rəsmi: Oliver Berman 2027-ci ildə də Haas-da yarışacaq

Rauf Hacıyev 4 saat əvvəl
Rəsmi: Oliver Berman 2027-ci ildə də Haas-da yarışacaq
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Oliver Berman uzun sürən danışıqlardan sonra 2027-ci il mövsümündə də Amerikanın Haas komandasında yarışacağını rəsmən təsdiqləyib.

Oliver Bermanın komandada qalacağı gözlənilsə də, razılaşmanın gecikməsi son həftələrdə vəziyyəti daha qeyri-müəyyən edib.

Danışıqların niyə uzanması ilə bağlı maaş tələbləri, müqavilənin müddəti və Bermana gələcəkdə Ferrari-də yer veriləcəyinə dair zəmanət kimi müxtəlif iddialar səsləndirilib.

Lakin Haas Qətər Qran Prisi həftəsonundan əvvəl rəsmi bəyanat yayaraq gələn mövsüm də Bermanla əməkdaşlığı davam etdirəcəyini açıqlayıb.

Haas komandasının rəhbəri Ayo Komatsu qərarla bağlı bildirib.

Ayo Komatsu: “Olli ilə 2027-ci ildə də davam etmək bizim üçün asan qərar olub. Onun inkişafını, işinə bağlılığını, həm trassda, həm də trassdan kənarda komandaya qazandırdığı keyfiyyəti görmüşük.

Ollinin çox güclü iş intizamı var və o, həm özünü, həm də komandanı inkişaf etdirməyə böyük həvəs göstərir. Məncə, bu komandanı irəli aparmaq üçün ondan yaxşı namizəd yoxdur. TGR Haas F1 Team start düzülüşündə ən maraqlı sürücü cütlüklərindən birinə sahibdir. Ollinin bu əla komanda ilə daha da inkişaf edəcəyini görmək üçün səbirsizlənirəm”.

Berman isə bunları deyib:

Oliver Berman: “TGR Haas F1 Team ilə 2027-ci il mövsümündə də davam edəcəyim üçün çox xoşbəxtəm. Bu komanda inkişafımda çox mühüm rol oynayıb. Burada hər kəsin mənə göstərdiyi etimadı və dəstəyi güclü şəkildə hiss etmişəm.

İrəliləməyə davam etmək üçün böyük hədəflərimiz var. İndiyədək əldə etdiklərimizin üzərinə yenilərini əlavə etmək, birlikdə daha böyük nəticələrə can atmaq üçün bu işə rəhbərlik edəcəyimə görə həyəcanlıyam. Hələ görməli olduğumuz işlər var”.

Bunları da oxuyun

Şərh əlavə et