Fernando Alonso bu mövsüm mühərrik problemlərinə görə bir neçə dəfə yarışı başa vura bilməyib. Lakin Honda ispaniyalı sürücünün bolidində apardığı yoxlamalar zamanı hər hansı nasazlıq aşkar etməyib.
Oxşar hal sonuncu dəfə Las Veqas Qran Prisində yaşanıb. Güc qurğusunda problem olduğunu bildirən Alonso yarış zamanı bolidini pitə gətirərək mübarizəni dayandırıb. Honda mühəndisləri isə yarışdan sonra apardıqları yoxlamalarda heç bir nasazlıq tapmayıblar.
Honda Racing-in baş mühəndisi və yarış komandasının məsul şəxsi Şintaro Orihara yoxlamalardan sonra bildirib:
Şintaro Orihara: “Əldə edə bildiyimiz bütün məlumatları yoxladıq və texniki xidmət zamanı mühərriki fiziki olaraq nəzərdən keçirdik.
İndiyədək nə telemetriya məlumatlarında, nə də texniki yoxlamaların nəticələrində mühərriklə bağlı hər hansı problem aşkar etmişik. Bununla belə, cümə günü mühərrikin bu trassda necə işləyəcəyini yoxlayacağıq.
Fernandonun dediklərini diqqətlə təhlil etmişik və onun fikirlərinə hörmətlə yanaşırıq. Buna görə də bütün məlumatları və mühərrikin vəziyyətini əlavə olaraq yenidən yoxlamışıq. İndiyədək heç bir problem aşkar edilməyib. Amma əvvəl də dediyim kimi, cümə günü hər şeyi bir daha yoxlamalı və Fernandodan rəy almalıyıq.”







Şərh əlavə et