Xəbəri Kokpitdə Oxuyun!

Pirelli: C5 ən yaxşı tərkib idi

Pirellinin proqnozlaşdırdığı kimi, Sinqapur Qran Prisində pilotların əksəriyyəti yarışı bir pit-stopla başa vurub. Hətta ən yumşaq Soft təkərlər belə uzun məsafə qət etməyə imkan verib.

 

Dario Marrafuski, Pirelli Motorsport-un direktoru: “Yarış zamanı bir neçə dəfə virtual təhlükəsizlik avtomobili rejimi tətbiq olunsa da, bir pit-stop strategiyası ən rəqabətədavamlı variant oldu. Soft və Medium təkərlərin kombinasiyası isə ən effektiv seçim kimi özünü göstərdi.

C5 təkərləri yarışın ən yaxşı tərkibi idi. Onlar digər tərkiblərlə müqayisədə daha yüksək sürət və daha yaxşı ilişmə təmin etməklə uzun stinqlər keçirməyə imkan verirdi. Yarışın təxminən yarısını Soft təkərlərlə keçirən pilotlar yalnız stinqlərin sonlarında performans itkisi ilə üzləşdilər.

Hard (C3) təkərləri komandalar üçün maraqlı seçim olmadı. Bu tərkib demək olar ki, heç yeyilməyən C4 təkərləri ilə müqayisədə daha zəif ilişmə təmin edirdi. C3 təkərləri digər traslarda dəfələrlə effektivliyini sübut etsə də, Sinqapurda heç bir pilot bu tərkibi seçmədi.

Təkərlərin yeyilməsi sərbəst yürüşlərdə müşahidə etdiklərimizə uyğun idi. Hətta uzun stinqlərin sonunda belə təkərlərin xarici görünüşü kifayət qədər yaxşı qalırdı. Yeyilmə idarəolunan səviyyədə idi, lakin xüsusilə sağ arxa təkərə diqqət yetirmək lazım gəlirdi”.

Rauf Hacıyev

Şərh əlavə et