Xəbəri Kokpitdə Oxuyun!

Ferrari Ostin üçün yeniliklər hazırlayır

AutoRacer.it-nin məlumatına görə, Ferrari növbəti mərhələ olan ABŞ Qran Prisi üçün texniki yeniləmələr hazırlayır.

 

İtaliya komandası Ostində keçiriləcək yarışa bu mövsümün dördüncü aerodinamik yeniləmə paketini gətirəcək. Yeniliklərin məqsədi SF-26-nın aerodinamik göstəricilərini yaxşılaşdırmaq və bolidin çəkisini azaltmaqdır.

Yeni paket çərçivəsində altlığın yeni versiyası, yenilənmiş saydpodlar və bəzi kuzov detalları sınaqdan keçiriləcək.

Ön və arxa qanadların dizaynında isə ciddi dəyişikliklər gözlənilmir. Bu hissələrdə yalnız trasın tələb etdiyi asfaltayatmaya uyğun standart tənzimləmələr ediləcək.

Ostində təqdim olunması gözlənilən paket SF-26 üçün mövsümün son böyük yeniləməsi olacaq.

Ferrari bundan sonra diqqətini 2027-ci il mövsümündə istifadə edəcəyi yeni bolidin hazırlanmasına yönəldəcək.

Rauf Hacıyev

Şərh əlavə et