Ferrari pilotu yarışı Maks Ferstappen və Kimi Antonelli ilə birlikdə podiumda başa vurub.
Yarışın əvvəlində yaxşı tempə sahib olduqlarını deyən Lekler ilk pit-stop mərhələsində təkər aşınmasının artması ilə sürətlərinin bir qədər zəiflədiyini qeyd edib.
Şarl Lekler: “Yarışın əvvəlində kifayət qədər güclü idik, amma ilk stintdə təkər aşınması bir qədər artmağa başladı.
Daha sonra təhlükəsizlik avtomobili trasa çıxdı və biz bir qədər fərqli strategiya seçdik. Son ana qədər bu strategiyanın işə yarayacağına inanırdım.
Son stintin əvvəlində çox aqressiv sürdüm və nəticədə təkərlərim digər pilotlarla müqayisədə bir qədər daha çox aşındı. Buna baxmayaraq, əlimdən gələn hər şeyi etdim və heç nəyə görə peşman deyiləm. Bəlkə də startda bir qədər daha aqressiv olmaq istisna olmaqla, bu gün edə biləcəyimiz çox şey olduğunu düşünmürəm”.
Ferrari-nin sürət baxımından digər öncül komandalarla müqayisədə geri qaldığı fikrində qalan Lekler komandaya gətirilən kiçik yeniliklərin müəyyən irəliləyişə kömək etdiyini, lakin bunun hələ kifayət etmədiyini bildirib. “Boliddə bir neçə kiçik yenilik etdik və bunlar bəlkə də bir addım irəli getməyimizə kömək etdi. Amma bu, kifayət deyil.
Mövsümün sonuna qədər mübarizəni davam etdirəcəyik. Rəqiblərimizin səviyyəsinə çatmaq üçün bolidə yeni hissələr gətirməliyik”.




Şərh əlavə et