Xəbəri Kokpitdə Oxuyun!

Ferrari Mercedes-dən transfer edib

Ferrari Mercedes-in mühərrik departamentinin əsas simalarından biri olan Yasper van Şaykı heyətinə cəlb etməklə texniki komandasını gücləndirib.

Formula 1-də çempionluq uğrunda mübarizəsini davam etdirən Ferrari Mercedes-in yüksək performanslı güc qurğuları bölməsindən (HPP) diqqətçəkən transfer reallaşdırıb. LinkedIn profilindəki məlumata görə, Yasper van Şayk oktyabr ayından etibarən Maranelloda yerləşən İtaliya komandasında şassi sistemləri üzrə mütəxəssis vəzifəsində çalışır.

2018-ci ildən bəri, təxminən səkkiz il Mercedes-də çalışan van Şayk bu müddətdə Formula 1 güc qurğularının layihələndirilməsi ilə məşğul olub və şassi departamenti ilə sıx əməkdaşlıq edib. O, son olaraq HPP-də konsept mühəndisi vəzifəsini tutub və Mercedes-in yeni Formula 1 mühərriklərinin hazırlanması prosesinə rəhbərlik edib.

Bu mühüm transfer van Şaykın yeddiqat Dünya Çempionu Lyuis Həmiltonla Ferrari-də yenidən eyni komandada çalışmasına şərait yaradıb.

Konstruktorlar çempionatında 444 xalla ikinci yerdə qərarlaşan Ferrari üçüncü pillə uğrunda mübarizə aparan McLaren-i 105 xal qabaqlayır. İtaliya komandası Ostindəki yarış öncəsi van Şayk kimi təcrübəli mütəxəssislərin köməyi ilə şassi və güc qurğusu arasındakı uyğunluğu daha da yaxşılaşdırmağı hədəfləyir.

Rauf Hacıyev

Şərh əlavə et