Ostin həftəsonuna ümumi sıralamada 444 xalla ikinci pillədə yollanan Ferrari rəsmi sosial media hesabları vasitəsilə pilotlarının yeni kombinezonlarını nümayiş etdirib.
Dizaynda ən diqqətçəkən məqam ənənəvi Ferrari kombinezonları ilə müqayisədə ağ rəngə daha çox yer verilməsidir. Hər iki pilot ağ ayaqqabılarla da yarışacaq.
Komanda kombinezonları təqdim etməzdən əvvəl rəsmi X və Instagram hesablarında xüsusi bolid dizaynına işarə edən paylaşım da edib. Paylaşımda yalnız “Tezliklə Ostində…” mesajı yer alıb.




Şərh əlavə et