Gələn mövsüm Esteban Okonu əvəz edəcəyi təsdiqlənən Rafael Kamara Formula 1 karyerasında 50 nömrəsi ilə çıxış edəcək. Formula 2 çempionatının lideri olan braziliyalı pilot mart ayında Bəhreyndə keçiriləcək mövsümün ilk yarışında bu nömrə ilə mübarizəyə başlayacaq.
Beləliklə, Kamara 50 nömrəsini daimi yarış nömrəsi kimi seçən ilk Formula 1 pilotu olacaq.
Bu nömrədən daha əvvəl 2024-cü ildə Oliver Berman da istifadə edib. O zaman Kevin Maqnussenin cəza səbəbindən Azərbaycan Qran Prisini, xəstəliyinə görə isə Braziliya Qran Prisini buraxması ilə Haas-ın ehtiyat pilotu kimi yarışan Berman 50 nömrəsi ilə çıxış edib. Lakin o dövrdə Berman daimi pilot olmadığı üçün 50 nömrəsi komandanın müvəqqəti istifadə etdiyi nömrələrdən biri olub. Berman 2025-ci ildə Formula 1-də tam mövsüm keçirməyə başlayanda isə şəxsi seçimi olan 87 nömrəsini götürüb.
Nömrə seçimi barədə danışan Kamara qərarının səbəbini belə izah edib: “Karyeram boyunca 50 nömrəsindən istifadə edəcəyəm.
Əslində, ilk seçimim 5 nömrəsi olardı. Lakin hazırda bu nömrədən Qabriel istifadə edir. Atamla danışdıqdan sonra 50 nömrəsində qərarlaşdıq. Çünki mən 05.05.2005-ci ildə anadan olmuşam və atam mənə ‘Sən 50-sən’ dedi.
Bu nömrə doğum tariximlə mükəmməl uyğunlaşır. Buna görə də gələn ildən etibarən onunla yarışacağam”.




Şərh əlavə et