Okon gedir, Kamara gəlir?

Okon gedir, Kamara gəlir?
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

FORMULE1.nl-nin məlumatına görə, Haas Formula 2-də çıxış edən Ferrari gənc pilotu Rafael Kamara ilə 2027-ci il mövsümü üçün razılığa gəlib. Esteban Okon isə Formula 1-i tərk edərək WEC-ə keçəcək və Toyota-nın zavod komandasında yarışacaq.

Rafael Kamara 2021-ci ilin noyabrında Ferrari Sürücü Akademiyasına qoşulub. Bir neçə kartinq çempionluğundan sonra 2022-ci ildə biryerlikli seriyalara keçən braziliyalı pilot Birləşmiş Ərəb Əmirlikləri, İtaliya və ADAC Formula 4 çempionatlarında mübarizə aparıb. Kamara bu seriyaları müvafiq olaraq 2-ci, 3-cü və 3-cü yerlərdə başa vurub.

2023-cü ildə Formula Regional Middle East və FRECA-ya keçən braziliyalı sürücü mövsümü bu iki çempionatda müvafiq olaraq 3-cü və 5-ci pillələrdə tamamlayıb. 2024-cü ildə hər iki seriyada mübarizəsini davam etdirən braziliyalı Yaxın Şərqdə yenidən 3-cü olub, FRECA-da isə çempionluq qazanıb.

Kamara 2025-ci ildə Trident ilə Formula 3-də uğurlu mövsüm keçirib. Mövsümün son mərhələsinə bir yarış qalmış çempionluğunu rəsmiləşdirən braziliyalı pilot ili 4 qələbə və 5 poul  ilə başa vurub.

Bu il Invicta Racing ilə Formula 2-yə keçən Camara Bakıda keçirilən ikinci əsas yarışı qazandıqdan sonra çempionat liderliyinə yüksəlib. Aşağı seriyalardakı güclü çıxışı son aylarda onun Formula 1-ə keçəcəyi ilə bağlı söz-söhbətləri də artırıb.

İddialara görə, Ferrari gənc braziliyalını uzun illərdir müştəri komandası olan Haas-a göndərmək qərarına gəlib. Camara burada digər Ferrari akademiyası pilotu Oliver Bearmanla komanda yoldaşı olacaq.

Kamara avqustun sonunda Portimao trasında Amerika komandası ilə test proqramında iştirak edib. Keçmiş Formula 2 çempionu Leonardo Fornaroli və Haas-ın test və ehtiyat pilotu Ryo Hirakava da həmin testdə sükan arxasına keçiblər.

Haas komandasının rəhbəri Ayo Komatsu Azərbaycanda verdiyi açıqlamada deyib: “Açığı, Portimaoda test etdiyimiz hər üç pilot əla iş gördü.

Buna görə də bu qədər istedadlı pilotun bizə maraq göstərməsi ilə özümüzü kifayət qədər üstün mövqedə görürük. Nəticələri çox diqqətlə təhlil etməliyik”.

Komandanın təcrübəli pilotu Esteban Okon isə yerini itirərək Formula 1-dən WEC-ə keçəcək. Fransalı pilot 2025-ci ildə beş mövsüm keçirdiyi Alpine-dən ayrılaraq Haas-a qoşulmuşdu. Okon Amerika komandasındakı ilk mövsümünü 15-ci yerdə başa vurub. Həmin mövsüm Berman isə 13-cü olub.

Okon bu mövsüm də gənc britaniyalı komanda yoldaşından geridədir. 30 yaşlı pilot WEC-də isə Toyota-nın zavod komandasında özünə yer tapacaq. Toyota eyni zamanda Haas-ın əsas texniki tərəfdaşlarından biridir.

Bunları da oxuyun

Şərh əlavə et