Məlumata əsasən, tərəflər arasında razılıq əldə olunub və rəsmi açıqlamanın bu il, hətta qarşıdakı həftələrdə verilməsi gözlənilir.
Ruanda prezidenti Paul Kagame son illərdə ölkəsinin dünyanın ən yüksək səviyyəli avtoidman təşkilatına ev sahibliyi etməsi üçün mühüm addımlar atıb.
Kagamenin təşəbbüsü ilə Ruandanın paytaxtı Kiqali 2024-cü ildə FIA-nın Baş Assambleyasına və mükafatlandırma mərasiminə ev sahibliyi edib. Aylarla davam edən müzakirələrdən sonra Kagame həmin tədbir zamanı ölkəsinin Formula 1 yarışı keçirmək üçün namizədliyini irəli sürəcəyini açıqlayıb.
Ruanda prezidenti 2025-ci il Azərbaycan Qran Prisi zamanı da FIA prezidenti Mohammed Ben Sulayem və Formula 1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikali ilə yaxın təmaslarını davam etdirib.
RacingNews365-in əldə etdiyi məlumata görə, daha əvvəl yayılan planlara əsaslanan daimi yarış trekini Ruandada inşa etmək qərarı artıq verilib.
Tras Kiqalidən təxminən 40 kilometr kənarda, Bugesera Beynəlxalq Hava Limanının yaxınlığında inşa ediləcək. Trasın dizaynını isə keçmiş Formula 1 pilotu və trek dizayneri Aleksander Vurtsa məxsus WurzDesign şirkəti hazırlayacaq.
WurzDesign hazırda Səudiyyə Ərəbistanındakı Qiddiya Speed Park trekini Tilke Engineering şirkəti ilə birlikdə layihələndirir.




Şərh əlavə et