Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: Fərq təəccübləndirdi

McLaren komandasının pilotu Oskar Piastri Niderland Qran Prisinin sıralanma turunda dördüncü yeri tutduqdan sonra sessiyanı dəyərləndirib.

Avstraliyalı pilot dövrəsindən ümumilikdə razı qaldığını, lakin liderlərdən olan fərqin gözlədiyindən çox olduğunu bildirib.

Oskar Piastri: “Trasın bir neçə hissəsində bir qədər daha yaxşı çıxış edə bilərdim. Amma səmimi desəm, hər pilot hər sıralanma turundan sonra bunu deyir. Buna görə də ümumilikdə vurduğum dövrədən olduqca razıyam.

Yenə də zirvəyə bir qədər daha yaxın olacağımızı gözləyirdim. Belə olmadığını görmək mənim üçün bir qədər təəccüblü oldu, lakin artıq bunu dəyişmək mümkün deyil.

Ümumilikdə bu həftəsonu avtomobilin verdiyi hissiyyatdan daha çox razıyam. Nəticələr hələlik bunu tam əks etdirməsə də, sükan arxasında özümü daha inamlı hiss edirəm”.

Piastri sprint yarışında yaşanan təkər yeyilməsi və yarış tempindəki problemlərə də toxunaraq, yarış öncəsi müəyyən dəyişikliklər etdiklərini bildirib: “Sprint yarışından vacib dərslər çıxardıq və avtomobildə bir neçə kiçik dəyişiklik etdik. Ümid edirəm ki, bugünkü yarışda daha güclü çıxış edəcəyik. Ancaq bunu görmək üçün sabahı gözləməliyik”.

Rauf Hacıyev

Şərh əlavə et