Xəbəri Kokpitdə Oxuyun!

K.Antonelli: Şansımız var idi

Niderland Qran Prisinin sıralanma turunda üçüncü yeri tutan Mercedes-in gənc pilotu Kimi Antonelli sessiyadan sonra özünü tənqid edib.

Son cəhdində etdiyi səhvin ona poul mövqeyinə başa gəldiyini deyən italiyalı pilot məyusluğunu gizlətməyib.

Kimi Antonelli: “Ümumilikdə mənim üçün çətin sessiya oldu. Daim rəqiblərdən bir addım geridə qaldığımı hiss edirdim. Son dövrəmin ilk döngəsində isə səhv etdim.

Orada bir qədər vaxt itirdim. Bu, tamamilə mənim səhvim idi. Əslində poul mövqeyi üçün real şansımız olduğu halda belə bir səhvin baş verməsi çox təəssüf doğurur”.

Rauf Hacıyev

Şərh əlavə et