Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Özüm kimi sürmək dəyərlidir

Niderland Qran Prisinin sıralanma turunda ikinci olan Mercedes pilotu Corc Rassel sessiyadan sonra açıqlamalar verib.

Poul uğrunda mübarizə aparacaq tempə sahib olduqlarını düşündüyünü deyən britaniyalı pilot ikinci pillədən məmnun qaldığını bildirib.

Corc Rassell: “Lando əla iş gördü. Həm onu, həm də McLaren-i təbrik edirəm.

Güclü sessiya keçirdik. Poul uğrunda mübarizə aparacaq tempə sahib olduğumuzu düşünürdüm, amma buna baxmayaraq, ikinci yerdən son dərəcə məmnunam.

Xüsusilə yay fasiləsindən əvvəl keçirdiyim çətin bir neçə yarışdan sonra yenidən öz ritmimi tapmaq çox yaxşı hissdir. Sabah qələbə uğrunda mübarizənin içində olmaq vacibdir.

Özümü çox yaxşı hiss edirəm və yenidən ‘özüm kimi’ sürmək həqiqətən dəyərlidir. Bu trasda sürmək möhtəşəm idi. Aşağı temperatur trası daha yaxşı hiss etməyimizə imkan verdi. Hamımız üçün sürmək böyük zövq idi. Sabahkı yarışı səbirsizliklə gözləyirəm”.

Rauf Hacıyev

Şərh əlavə et