Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Kiçik dəyişikliklər fərq yaratdı

McLaren komandasının sürücüsü Lando Norris Niderland Qran Prisində sıralanma turlarını ilk pillədə tamamladıqdan sonra McLaren-in avtomobildə etdiyi kiçik dəyişikliklərin ona daha çox inam verdiyini bildirib.

Britaniyalı sürücü Zandfortda poul mövqeyini qazanaraq, sprint sıralanmasında Corc Rassellə uduzmasının ardından əsas sıralanma turunda cavab verib.

Sessiyadan sonra danışan son Dünya Çempionu bu nəticənin onun üçün də bir qədər gözlənilməz olduğunu etiraf edib: “Düzünü desəm, bir qədər təəccübləndim. Sadəcə yaxşı bir dövrə idi. Fərqlərin nə qədər kiçik olduğunu gördünüz. 0,01-0,02 saniyə belə sonda böyük fərq yarada bilir. Bu günün əvvəlində bir qədər çətinlik çəkdiyimizi hiss etdiyimiz məqamdan sonra yaxşı toparlandıq.

Özümüzü çox güclü hiss etdik. Ona görə də komanda əla iş gördü. Avtomobildən bir qədər də artıq performans çıxarmağa çalışdıqları üçün bütün təriflər onlara düşür”.

Lando Norris əvvəlki sazlanmaların poul üçün kifayət etməyəcəyini düşündüklərini və buna görə də avtomobildə kiçik dəyişikliklər etdiklərini açıqlayıb: “Bir şeyləri sınamalı idik, çünki əvvəl sahib olduğumuz vəziyyət kifayət etməyəcəkdi. Bəzi kiçik dəyişikliklər etdik. Bunlar bizə 0,2 saniyə qazandıracaq dəyişikliklər deyildi, lakin mənə bir qədər daha çox inam verəcək qədər təsirli oldu. Bu gün daha çox şey edə biləcəyimi hiss etdim və bunun da qarşılığını aldım”.

Rauf Hacıyev

Şərh əlavə et