Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Tempimiz zəifdir

McLaren komandasının sürücüsü Lando Norris Niderland Qran Prisinin sprint yarışını üçüncü pillədə başa vurduqdan sonra yarışı dəyərləndirib.

Templərinin qələbə üçün kifayət etmədiyini qəbul edən britaniyalı pilot avtomobilin aşağı sürətli döngələrdəki performans çatışmazlığına diqqət çəkib.

Lando Norris: “Pis nəticə deyil, amma deyərdim ki, əlimizdən gələnin ən yaxşısı da deyildi. Bu gün bir qədər daha sürətli olsaydıq, yaxşı olardı. Şarl həqiqətən çox sürətli idi. Problemin təkərlərdən qaynaqlandığını düşünmürəm, sadəcə xalis tempimiz çatmırdı.

Kifayət qədər sürətli deyilik və avtomobillə bağlı həll etməli olduğumuz problemlər var. Yüksək sürətli döngələrdə çox yaxşıyıq, lakin  avtomobil aşağı sürətli döngələrdə tələb olunan səviyyədə performans göstərmir.

Hazırda edə biləcəyimiz çox şey yoxdur, ancaq yenə də bir çox sazlamanı optimallaşdırdığımızı düşünürəm. Hər şeyə baxmayaraq, yaxşı nəticədir. Əldə etdiyimiz irəliləyişdən məmnun olmalıyıq, ancaq daha artığına ehtiyacımız var. Nələr edə biləcəyimizə baxacağıq.

Komanda onsuz da çox ciddi işləyir, lakin gələcəkdə daha da çox çalışmalıyıq. Ümid edirəm ki, sabahkı yarış üçün daha yaxşı iş görə bilərik”.

Rauf Hacıyev

Şərh əlavə et