Son dövrələrdə başlayan yağışdan məmnun qaldığını bildirən britaniyalı pilot Şarl Leklerin təzyiqinə və yarış strategiyasına diqqət çəkib.
Şarl Lekler: “Əldə etdiyimiz nəticə həftəsonuna əla başlanğıc oldu.
Amma yarış bir dövrə də uzun olsaydı, nəticə tamamilə fərqli ola bilərdi. Ona görə də yağışın məhz vaxtında başlamasına sevindim.
Ferrari-lər həqiqətən çox sürətli idi. Buna görə də günortadan sonrakı sıralanma turunda amansız mübarizə gözləyirəm.
Yarışda ötmə olacaqsa, bunun sonlara yaxın baş verəcəyini bilirdim. Ona görə də yüksək sürətli döngələrdə təkərlərimi bir qədər qorumağa və yarışın son hissəsi üçün batareyanı yaxşı idarə etməyə çalışdım.
Şarl Landoya çatıb onu keçsəydi, daha da sürətli olacağını bilirdim. Ona görə də onu arxamda gördüyüm anda qazı bir qədər də artırdım”.




Şərh əlavə et