Xəbəri Kokpitdə Oxuyun!

Niderland sprint: Rassell rahat qələbə qazanıb

Niderland Qran Prisində sprint yarışının qalibi Mercedes komandasının pilotu Corc Rassel olub.

Sprintdən əvvəl Zandfortda hava kifayət qədər sərin idi. Havanın temperaturu 17, trasın temperaturu isə 24 dərəcə ilə ölçülüb.

Fernando Alonso və Karlos Sayns yarışa pit yolundan başlayıblar. Pilotların əksəriyyəti orta tərkibli təkərlərə üstünlük veriblər. Şarl Lekler və Oliver Bermanın avtomobillərində isə Soft təkərlər quraşdırılıb.

Poul mövqeyindən start alan Corc Rassel ilk döngəni lider keçib. Kimi Antonelli isə Oskar Piastrini geridə qoyaraq dördüncü pilləyə yüksəlib.

Startın ən böyük itirəni isə problem səbəbindən dörd sıra geriləyən Audi pilotu Niko Hülkenberq olub. Almaniyalı pilot bir neçə dövrə sonra pitə qayıdaraq sprint yarışından çəkilib.

Sprintin ortasına çatanda Rassel Lando Norrisdən təxminən 1,5 saniyə öndə liderliyini davam etdirib. Şarl Lekler isə ikilini təqib edib.

17-ci dövrədə Lekler ikinci pillədəki Norrisi ötməyə cəhd etməyə başlayıb. Bu vaxt daha arxada olan Lyuis Həmilton da qarşısındakı Maks Ferstappeni keçməyə çalışıb. Bir dövrə sonra Lekler ötməni tamamlayaraq ikinci pilləyə yüksəlib.

Son dövrələrdə pilotlara yağışın yaxınlaşdığı barədə məlumat verilib. Lakin sprint zamanı ciddi yağış yağmayıb.

Damalı bayraq dalğalandıqda 24 dövrəlik sprint yarışını startdan finişə qədər liderlik edən Corc Rassel qazanıb.

Rasseli podiumda Şarl Lekler və Lando Norris müşayiət ediblər.

Kimi Antonelli dördüncü, Oskar Piastri beşinci, Maks Ferstappen isə altıncı olub. Xal qazanan son iki pilot isə Lyuis Həmilton və Pyer Qasli olublar.

Sıra Pilot Komanda Zaman Fərq Pit
1 G. Russell Mercedes 30:25.318 — 0
2 C. Leclerc Ferrari 30:26.678 +1.360 0
3 L. Norris McLaren 30:30.514 +5.196 0
4 A. Antonelli Mercedes 30:30.899 +5.581 0
5 O. Piastri McLaren 30:35.503 +10.185 0
6 M. Verstappen Red Bull 30:35.847 +10.529 0
7 L. Hamilton Ferrari 30:37.506 +12.188 0
8 P. Gasly Alpine 31:07.828 +42.510 0
9 G. Bortoleto Audi 31:09.755 +44.437 0
10 A. Lindblad Racing Bulls 31:10.289 +44.971 0
11 L. Lawson Red Bull 31:12.789 +47.471 0
12 F. Colapinto Alpine 31:19.784 +54.466 0
13 Y. Tsunoda Racing Bulls 31:21.801 +56.483 0
14 E. Ocon Haas 31:31.416 +1:06.098 0
15 O. Bearman Haas 31:31.906 +1:06.588 0
16 A. Albon Williams 31:39.950 +1:14.632 0
17 L. Stroll Aston Martin 31:39.968 +1:14.650 0
18 F. Alonso Aston Martin 31:40.602 +1:15.284 0
19 V. Bottas Cadillac +1 dövrə — 0
20 C. Sainz Williams +1 dövrə — 1
21 S. Perez Cadillac +3 dövrə — 0

Rauf Hacıyev

Şərh əlavə et