Xəbəri Kokpitdə Oxuyun!

K.Antonelli: Altlıq deşilmişdi

Kimi Antonelli Niderland Qran Prisinin sprint sıralanma turunu beşinci pillədə başa vurduqdan sonra sessiyanın ilk dövrəsində trasdan çıxması nəticəsində avtomobilində ciddi zədə yarandığını açıqlayıb.

Mercedes komandasının pilotu cümə günü keçirilən ilk sərbəst məşq sessiyasını lider tamamladıqdan sonra sprint sıralanmasında da rəqabətədavamlı nəticə göstərməyi gözləyirdi.

Lakin hər şey italiyalı pilotun istədiyi kimi getməyib. Sessiyanın əvvəlində çınqıllıq sahəyə çıxan Antonellinin avtomobili zədələnib və bu, onun performansına təsir göstərib.

Gənc sürücü ilk dövrəsində sonuncu döngəyə həddindən artıq sürətlə daxil olduğunu, nəticədə avtomobilin arxa hissəsinə nəzarəti itirərək çınqıllığa çıxdığını bildirib.

Kimi Antonelli: “Bəli, kifayət qədər ciddi zədə var idi. Altlıqda bir neçə dəlik yarandı. Trasa qayıdanda mənə ilk olaraq asfaltayatma qüvvəsində 25 vahid itki olduğunu dedilər. Mümkün qədər təmir etməyə çalışdılar, amma avtomobildə zədə mütləq qalırdı. Xüsusilə aşağı sürətli döngələrdə çox çətinlik çəkdim.

Əlbəttə, artıq heç nə etmək mümkün deyildi. İlk dövrədə sonuncu döngəyə bir qədər artıq sürətlə daxil oldum. Arxa hissəyə nəzarəti itirdim və çınqıllıqdan keçdim. Əslində baş verən bundan ibarətdir. Bundan sonra yenidən özünəinam toplamaq, əlbəttə, asan olmadı. Lakin yenə də rəqiblərdən çox uzaq deyildik. Sabah bir daha cəhd edəcəyik.

Əlimizdən gələnin ən yaxşısını edərək yaxşı yarış keçirməyə çalışacağıq. Öndə fərqlər çox kiçikdir, ona görə də ötmək asan olmayacaq. Ancaq avtomobildəki zədəyə baxmayaraq, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et