Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Builki ən yaxşı sıralanma turum idi

Şarl Lekler Niderland Qran Prisinin sprint sıralanma turunu üçüncü pillədə başa vurduqdan sonra bunun bu mövsüm göstərdiyi ən yaxşı sıralanma performansı olduğunu bildirib.

Ferrari komandasının pilotu Zandfortdakı sprint sıralanmasında poul sahibi Corc Rassel və Lando Norrisin arxasında üçüncü yeri tutub.

Şarl Lekler avtomobilin verdiyi hiss baxımından düzgün istiqamətdə irəlilədiklərini düşündüyünü deyib: “Bu il vurduğum ən yaxşı sıralanma dövrəsi idi. Bu da avtomobillə bağlı hiss baxımından bəzi şeyləri düzgün etdiyimiz anlamına gəlir. Əlbəttə, bu, performansımızın həmişə belə qalacağı demək deyil. Lakin xüsusilə belə uzun fasilədən sonra düzgün istiqamətdə irəliləmək baxımından bu, hər zaman yaxşı addımdır. Buna görə də yaxşı iş gördük. Təəssüf ki, poul mövqeyini əldən verdik, ancaq ümumilikdə mübarizənin içindəyik”.

 

Rauf Hacıyev

Şərh əlavə et