McLaren komandasının pilotu Zandfortdakı sessiyanın olduqca gərgin keçdiyini və kiçik detalların sıralanmanı tamamilə dəyişə bildiyini deyib.
Cümə gününün ardından danışan britaniylı sürücü belə söyləyib: “Ümumilikdə olduqca xoşbəxtəm. Yaxşı mövqe əldə etdik, dövrəm də normal alındı. Fərqlərin nə qədər kiçik olduğunu nəzərə alsaq, rahatlıqla birinci də, dördüncü, hətta beşinci də ola bilərdim. Amma tam olaraq gözlədiyimiz də bu idi. Sadəcə birinci deyil, ikinci olduğum üçün bir qədər məyusam”.
Lando Norris son mərhələdə Soft təkərlərə keçdikdən sonra onlardan gözlədiyi ilişmə səviyyəsini tam ala bilmədiyini bildirib: “Soft təkərlərə keçəndə bir qədər daha çox ilişmə var idi və düşünürəm ki, bundan tam istifadə edə bilmədim. Bəlkə bir qədər də çox risk edə bilərdim. Bunun xaricində avtomobil yaxşı performans göstərir və görünür, Budapeştdəki güclü çıxışımızı burada da davam etdiririk. Pozitiv baxımdan çox şey var və ümid edirəm ki, həftəsonunun qalan hissəsində də belə davam edəcək.
Üzərində işləyə biləcəyim bəzi məqamlar var. Sabahkı sıralanma turu üçün avtomobildən bir qədər də çox performans çıxara bilərik. Lakin həftəsonuna güclü başladıq və bundan məmnunam”.




Şərh əlavə et