Yay tətilindən sonra Zandforta qayıtmaqdan məmnun olduğunu bildirən britaniyalı sürücü, trasın sürücülərdən yüksək səviyyədə diqqət tələb etdiyini bildirib.
Corc Rassell: “Yay tətilindən sonra buraya qayıtmaq çox gözəldir. Bu, mənim çox sevdiyim trasdır. Mövsümün ilk yarısının sonu çətin oldu və geri qayıtdığım üçün çox şadam”.
Sprint sıralanmasının son sessiyasındakı dövrəsinin onun üçün demək olar ki, qüsursuz alındığını deyən Mercedes pilotu, xüsusilə yumşaq təkərlərlə yalnız bir cəhdlərinin olmasının işi çətinləşdirdiyini bildirib: “Dövrəm həqiqətən çox yaxşı alındı. Hər şey mükəmməl şəkildə bir araya gəldi.
Soft təkərlərlə yalnız bir sürətli dövrə şansınız olduğu üçün sprint sıralanması həmişə çətin keçir. Tras daim inkişaf edir, ilişmə səviyyəsi də getdikcə artır.
Poul əldə etdiyim üçün xoşbəxtəm. Lakin nəticədə bu, sadəcə sprint sıralanmasıdır. Əsas xallar bazar günü verilir. Ona görə də bu tempi sabahkı yarışa da daşımağa çalışacağam”.




Şərh əlavə et