Sessiya başlamazdan əvvəl trasın yaş olduğu açıqlanıb və məşqin qalan hissəsində yağış ehtimalının 60 faiz təşkil etdiyi bildirilib.
Həftəsonunun ilk və yeganə məşq sessiyası üçün pilotlar pit yolunda düzülüblər. Start siqnalının verilməsi ilə bir saatlıq məşq başlayıb.
İlk olaraq Antonelli, Piastri, Həmilton, Okon və Rassel trasa çıxıblar. Pilotlar trasın ilişmə səviyyəsini yoxlamaq üçün ilk dövrələrdə sınaq xarakterli sürüşlər həyata keçiriblər. Qısa müddət sonra bütün pilotlar trasa çıxıblar.
Niko Hülkenberq radio vasitəsilə belə deyib: “Məncə, tras artıq kifayət qədər qurudur, quru hava təkərlərindən istifadə etmək olar”.
Lyuis Həmilton ilk sürətli dövrəsini 1:25.562 nəticə ilə tamamlayaraq liderliyə yüksəlsə də, ondan sonra dövrəsini başa vuran Oskar Piastri Medium təkərlərlə 1:23.311 nəticə göstərərək birinci pilləni ələ keçirib. Piastri daha sonra 1:20.480-lik dövrə ilə nəticəsini yaxşılaşdırıb.
Lakin sessiyanın 10-cu dəqiqəsində Kimi Antonelli 1:16.112-lik dövrə vuraraq liderliyə yüksəlib.
Şarl Lekler güclü temp nümayiş etdirərək Antonellidən təxminən yarım saniyə geri qalmaqla ikinci yerə yüksəlib. Komanda yoldaşı Həmilton isə üçüncü olub, lakin sıralama qısa müddət ərzində yenidən dəyişib.
Corc Rassel lider komanda yoldaşından 0.094 saniyə geri qalaraq ikinci yerə yüksəlib. Üçüncü pilləyə isə az fərqlə Lando Norris çıxıb.
Sessiyanın 15 dəqiqəsi geridə qalarkən Həmilton 1:15.124-lük dövrə ilə zirvəyə yüksəlib. Rassel 1:14.951-lik nəticə ilə liderliyi ələ keçirsə də, Həmilton qısa müddət sonra cavab verərək 1:14.742-lik dövrə vurub və yenidən birinci olub.
Antonelli isə 1:14.269 nəticə göstərərək komanda yoldaşını geridə qoyub. O, Həmiltondan cəmi 0.010 saniyə geri qalaraq ikinci pilləyə yüksəlib.
Sessiyanın ilk yarısı başa çatarkən trasın rəsmi nümayəndələri küləyin gücləndiyini bildiriblər.
12-ci yerdə olan Aston Martin pilotu Fernando Alonso sazlanmaları yaxşılaşdırmaq və məlumatları təhlil etmək üçün boksa qayıdıb. Ekranlara Alonsonun avtomobilinin arxa qanadında sazlama işlərinin aparıldığı əks olunub.
Sessiyanın ikinci yarısında üçüncü yerdə olan Lekler 1:14.146-lıq nəticə göstərərək komanda yoldaşını geridə qoyub və zirvəyə yüksəlib. Karlos Sayns isə avtomobilinin altlığında problem olduğunu bildirərək sürməkdə çətinlik çəkdiyini deyib.
Sessiyanın son 20 dəqiqəsinə yaxın Alonso 1:20.756 nəticə göstərsə də, 13-cü pillədəki mövqeyini yaxşılaşdıra bilməyib.
Maks Ferstappen sürətli dövrəsi zamanı 13-cü döngədə qaçış zonasına çıxaraq çınqıllığa düşüb. Avtomobildə hər hansı zədə müşahidə olunmayıb, lakin ev yarışına hazırlaşan pilot boksa qayıdıb.
Sessiyanın son 15 dəqiqəsinə daxil olarkən əksər pilotlar boksa qayıdaraq bolidin sazlanmalarını optimallaşdırmağa başlayıblar.
Trasa yeni Medium təkərlərlə qayıdan ilk pilot lider Şarl Lekler olub. Lakin sürətlənmə zamanı səhvə yol verdiyi və vaxt itirdiyi üçün sürətli dövrəsini yarımçıq saxlayıb.
Oskar Piastri 1:13.608-lik nəticə ilə zirvəyə yüksəlib. Qısa müddət sonra daha bir cəhd edən Lekler 1:13.347-lik dövrə ilə liderliyi geri alıb. Lakin Həmiltonun cavabı gecikməyib. Üçüncü yerdə olan yeddiqat dünya çempionu 1:13.139 nəticə göstərərək komanda yoldaşını geridə qoyub və zirvəyə yüksəlib.
Bir qədər sonra Lando Norris 1:13.105-lik dövrə ilə Ferrari pilotlarını geridə qoyaraq liderliyi ələ keçirib. Lakin mübarizə bununla bitməyib.
Kimi Antonelli 1:12.949-luq dövrə vuraraq yenidən birinci pilləyə yüksəlib və sessiyanın ən sürətli pilotu olub.
Corc Rassel isə damalı bayraqdan sonra tamamladığı dövrədə nəticəsini yaxşılaşdıraraq üçüncü pilləyə yüksəlib.
Beləliklə, damalı bayrağın dalğalanması ilə Kimi Antonelli sessiyanı birinci pillədə tamamlayıb. Lando Norris ikinci, Corc Rassel isə üçüncü olub.
| # | Pilot | Komanda | Turlar | Zaman | Fərq | Təkər |
|---|---|---|---|---|---|---|
| 1 | Kimi Antonelli | Mercedes | 36 | 1:12.949 | — | S |
| 2 | Lando Norris | McLaren | 30 | 1:13.070 | +0.121 | S |
| 3 | George Russell | Mercedes | 37 | 1:13.074 | +0.125 | S |
| 4 | Lewis Hamilton | Ferrari | 34 | 1:13.139 | +0.190 | S |
| 5 | Charles Leclerc | Ferrari | 39 | 1:13.238 | +0.289 | S |
| 6 | Oscar Piastri | McLaren | 35 | 1:13.608 | +0.659 | S |
| 7 | Nico Hülkenberg | Audi | 34 | 1:13.784 | +0.835 | M |
| 8 | Pierre Gasly | Alpine | 28 | 1:13.911 | +0.962 | S |
| 9 | Gabriel Bortoleto | Audi | 29 | 1:13.992 | +1.043 | M |
| 10 | Arvid Lindblad | RB F1 Team | 37 | 1:14.285 | +1.336 | M |
| 11 | Max Ferstappen | Red Bull | 25 | 1:14.325 | +1.376 | S |
| 12 | Fernando Alonso | Aston Martin | 25 | 1:14.511 | +1.562 | S |
| 13 | Franco Colapinto | Alpine | 31 | 1:14.826 | +1.877 | H |
| 14 | Liam Lawson | Red Bull | 30 | 1:14.861 | +1.912 | S |
| 15 | Oliver Bearman | Haas | 32 | 1:14.874 | +1.925 | S |
| 16 | Esteban Ocon | Haas | 31 | 1:14.897 | +1.948 | S |
| 17 | Yuki Tsunoda | RB F1 Team | 35 | 1:15.110 | +2.161 | M |
| 18 | Lance Stroll | Aston Martin | 24 | 1:15.199 | +2.250 | S |
| 19 | Alexander Albon | Williams | 33 | 1:15.357 | +2.408 | M |
| 20 | Valtteri Bottas | Cadillac-Ferrari | 28 | 1:15.580 | +2.631 | S |
| 21 | Sergio Perez | Cadillac-Ferrari | 28 | 1:15.700 | +2.751 | S |
| 22 | Carlos Sainz | Williams | 32 | 1:16.345 | +3.396 | M |




Şərh əlavə et