FIA-nın təkoturacaqlı avtomobillər üzrə yarış direktoru Nikolas Tombazis komandaları məlumatlandırıb ki, “makarena” bundan sonra da fırlana bilər.
Nikolas Tombazis: “Bu konstruksiya ilk dəfə ortaya çıxanda onun müxtəlif aspektlərdən təhlükəsizliyinə əmin olmaq istədik. Bir çox mürəkkəb sistem üçün mühəndis qrupları FMEA – yəni mümkün nasazlıqların növlərinin və nəticələrinin təhlilini aparırlar.
İlk növbədə hidravlik sistemin sıradan çıxması halında qanadın açıq vəziyyətdə qalması və qapalı vəziyyətə qayıda bilməməsi riskini aradan qaldırmaq istəyirdik. Keçidin kifayət qədər sürətli olduğuna əmin olmaq vacib idi ki, keçid prosesi avtomobilin dayanıqlığının itirilməsinə səbəb olmasın.
Nəticədə ümumi konsepsiya məqbul hesab edildi, baxmayaraq ki, Red Bull müəyyən əlavə işlər görməli oldu. Biz onlara sistemdən istifadəni qadağan etmədik, lakin avtomobillərinin təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görməli oldular.
Düşünürəm ki, komandaların heç biri öz avtomobilinin qəzaya düşməsini istəmir”.




Şərh əlavə et