Pirelli Motorsport-un direktoru Dario Marrafuski bildirib: “Bu gün bütün komandalar hesablamalarımıza əsasən ən sürətli hesab olunan eyni strategiyanı seçib. Virtual təhlükəsizlik avtomobili rejiminin ilk dəfə elan olunmasına qədər yarışın gedişində fərqli strategiyalar demək olar ki, olmayıb. Yeganə fərq Medium tərkibli təkərlərdən Hard tərkibli təkərlərə keçid vaxtında olub.
Bəzi pilotların erkən pit-stop etməsinə təkərlərin aşınmasının yarışın ilk hissəsində əvvəlki günlərlə müqayisədə daha yüksək olması təsir göstərib. Buna bazar günü havanın daha isti keçməsi də qismən səbəb olub.
Yarışın ilk neytrallaşdırılması zamanı bəzi pilotlar yeni C2 tərkibli təkərlərə keçib. Yarışın sonlarında trassa təhlükəsizlik avtomobilinin çıxması isə təkcə bütün pilotların ən yumşaq C3 tərkibli təkərlərə keçməsinə səbəb olmayıb, həm də podiumun yekun sıralanmasını müəyyənləşdirib.
Corc Rassell trassdakı qalıqlara görə ikinci pit-stopunu daha əvvəl etdiyi üçün ikinci yeri qoruyub saxlaya bilib. Bu vaxt hər iki Ferrari pilotu gözlənilən restart öncəsi təkər dəyişmək üçün boksa üz tutub, lakin restart baş verməyib.
Silverstounda Pirelli üçün iş bununla bitmir. Çərşənbə axşamı və çərşənbə günü şirkət Mercedes və Williams komandaları ilə birlikdə növbəti mövsüm üçün hazırlanmış prototip təkərlərin növbəti iki günlük testlərini keçirəcək. Bu dəfə test proqramı slik təkərlərə həsr olunacaq”.




Şərh əlavə et