Xəbəri Kokpitdə Oxuyun!

McLaren geriləməsinin səbəblərini açıqlayıb

Komandanın rəhbəri Andrea Stella rəqiblərdən geri qalmağın səbəblərini izah edib.

Ötən il McLaren komandası yay fasiləsinədək on bir yarış qazanıb, bu il isə hələ heç bir qələbə əldə etməyib.

Andrea Stella: “Biz maşını rəqiblərimiz qədər sürətlə yeniləyə bilmirik. Düşünürəm ki, bu, əsas amildir. Görürük ki, yeniliklər quraşdıranların hamısı dövrə vaxtını təxminən 0.3 saniyə yaxşılaşdırır. Bu, təxminən yarım saniyə uduzduğumuz Ferrari və Mercedes səviyyəsinə çıxmağımıza imkan verməzdi, amma çox faydalı olardı.

Fikrimcə, ikinci amil Silverstounda asfaltla ilişmənin aşağı olmasıdır: maşın sürüşür və küləyə görə özünü gözlənilməz aparır, buna görə də daha yaxşı ilişməyə və daha böyük asfaltayatma qüvvəsinə malik maşınlar üstünlük qazanır.

Bəlkə də məsələ həm də ondadır ki, biz güc qurğusunun potensialını tam aça bilmirik. Söhbət təkcə məsafə boyunca enerjidən optimal istifadə etməkdən getmir, texniki xüsusiyyətlər də daxil olmaqla bir sıra başqa amillər var. Təkərləri amil kimi göstərə bilmərəm – keçirilən yarışda məsafə boyunca hamıda yeyilmə təxminən eyni olub.

Şübhəsiz, 2025-ci ildə sahib olduğumuz üstünlüklər bizdə yoxdur, buna görə də geridə qalmışıq”.

Gilanur Huseynova

Şərh əlavə et